Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Süleyman Məmmədov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Süleyman Məmmədov
Məmmədov Süleyman Əbülfət oğlu
Süleyman Məmmədov
Süleyman Məmmədov.
Anadan olub 25 iyun 1954 (1954-06-25) (72 yaş)
Anadan olduğu yer Küdürlü, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Məmmədova Zənfirə Şövkət qızı
Övladları Hacıbalayeva Vüsalə, Məmmədova Mətanət, Məmmədov Vüqar
Atası Məmmədov Əbülfət Məmməd oğlu
Anası Süleymanova Rəna Feyzulla qızı
Vətəndaşlıq SSRİ → Azərbaycan
Fəaliyyəti Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1975–1980)
facebook səhifəsi

Süleyman Məmmədov — tanınmış memar və tikinti mühəndisi. Müxtəlif vaxtlarda Şəkidəki Aşağı Cumə Məscidinin, Asağı karvansaranın, Mərkəzi Cümə məscidinin, Şəkixanovların evinin, Qışlaq məscidinin, keçmiş türmə binasının, İmam Əli məscidinin, Xan məscidinin, Qax rayonunda Qax-Muğal məscidinin, İlisu məscidinin, Ağdaşda Üçqovaq məscidinin bərpa layihələrini hazırlayıb.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

25 iyun 1954-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Küdürlü kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1971-ci ildə Nuxa şəhər 12 nömrəli orta məktəbini bitirib.

1975 – 1980-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1980-cı ildən Tarixi Abidələrin Bərpası Elmi-Tədqiqat İnstitutunun Şəki filialında memar vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1993 – 2021-ci illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mühəndis vəzifəsində çalışıb.

Bildiriş[HTML redaktə]