Sədaqət Qədimova
| Sədaqət Qədimova | |
|---|---|
| Qədimova Sədaqət Ənvər qızı | |
| Sədaqət Qədimova. | |
| Anadan olub | 3 mart 1956 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 12 dekabr 2020 (64 yaşında) |
| Vəfat etdiyi yer |
Modul tipli xəstəxana, Zığ, |
| Vəfat səbəbi | Covid19 pandemiyası |
| Dəfn yeri |
Xoçik qəbiristanlığı, Şəki, |
| Həyat yoldaşı | Qədimov Azər Mustafa oğlu |
| Övladları | Hidayətzadə Anar, Qədimova Aynur |
| Atası | Ənvər |
| Anası | Şəfiqə |
| Vətəndaşlıq |
|
| Təhsili | N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (–1978) |
Sədaqət Qədimova (1956–2020) — Şəkidə tanınmış həkim-ginekoloq olmuş şəxs. Uzun müddət Şəki şəhər doğum evində müxtəlif vəzifələrdə çalışmış, bir müddət baş həkimin müavini olmuşdur.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
3 mart 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Atası Ənvər sandıqçı-usta, anası Səfiqə isə pedaqoq idi.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1973-cü ildə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbini,
1978-ci ildə isə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1978-ci ildən Bakı şəhər Əzizbəyov adına doğum evində həkim-interna olaraq əmək fəaliyyətinə başlayıb.
1979 – 2019-cu illərdə Şəki şəhər doğum evində işləyib; o cümlədən,
1979-cu ildən həkim mama-ginekoloq,
1986-cı ildən qadın məsləhətxanasında həkim,
2007-ci ildən baş həkimin müalicə işləri üzrə müavini,
2010-cu ildən ailə və sağlamlıq şöbəsinin baş həkimi,
2014-cü ildən baş həkimin müavini olub.
2019-cu ildə əmək fəaliyyətini tamamlayıb və təqaüdə çıxıb.
Pedaqoji fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Şəki Tibb Kollecində mama-ginekologiya fənnindən dərs deyib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının “İlin həkimi” diplomu – 2 dəfə.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
12 dekabr 2020-ci il tarixdə – 64 yaşında, Zığ modul tipli xəstəxanasında (Bakı) Covid19 pandemiyasından vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında – qayınatası Mustafa Qədimovun qəbrinin yanında dəfn olunub.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |