Səməd Nəbiyev
Səməd Nəbiyev — texnika elmləri namizədi, “Azəripək” MMC/ASC-nin sabiq direktoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
7 iyun 1961-ci il tarixdə Sumqayıtda, ziyalı ailəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1984-cü ildə Moskva Energetika İnstitutunu,
1990-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasını bitirib.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2019-ci ilədək energetika, maşınqayırma, elektrotexnika və s. istehsalat sahələrində mühəndis, baş energetik, direktor və digər vəzifələrdə, o cümlədən dövlət və özəl qurumlarda müxtəlif vəzifələrdə işləyib.
2019 – 2021-ci illərdə “ASK Şüşə” MMC-də çalışıb; o cümlədən,
2021-ci ilin iyun ayınadək istehsalat üzrə direktor müavini,
2021-ci ilin dekabr ayınadək isə baş icraçı direktor olub.
11 may 2022-ci il tarixdən 2025-ci ilin fevral ayınadək “Azəripək” MMC-nin əvvəl istehsalat üzrə direktoru müavini və direktor əvəzi, sonra isə direktoru olub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Dövlətin böyük zavodlarından birinin direktoru istefa verib : [arx. 21.06.2021] // Banker.az. — 2021. — 9 iyun. — Müraciət tarixi: 25.05.2022.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |