Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Soso Usubov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Soso Usubov
Usubov Soso Məmməd oğlu
Soso Usubov
Soso Usubov.
Anadan olub 18 mart 1940(1940-03-18)
Anadan olduğu yer Kirovakan (indiki Quqark), Ermənistan SSR, SSRİ
Vəfat edib 23 aprel 1998 (58 yaşında)
Həyat yoldaşı Usubova Firəngiz Hüseynbala qızı
Övladları Nərgiz, Alxas, Dilşad, İradə, Sahib
Atası Usubov Məmməd Yusif oğlu
Anası Usubova Mehriban Zeynal qızı
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili

 • Nuxa Kənd Təsərrüfatı Texnikumu (1955–1959)

 • ÜMHIŞ yanında Qırmızı Əmək Bayrağı ordenli Moskva Ali İqtisadiyyat Həmkarlar İttifaqı Məktəbi, iqtisadiyyat fakültəsi (1966–1971)

 • Azərbaycan KP MK nəzdində Marksizm-Leninizm Universiteti, iqtisadiyyat fakültəsi (1973–1975)
Mükafatları "Əmək igidliyinə görə" medalı  — 1973"Əmək veteranı" medalı
XTNS bürünc medalı — 1973

Soso Usubov (1940–1998) — peşəkar iqtisadçı və həmkarlar təşkilatı işçisi, tanınmış rəhbər kadr, Şəki Rayon İcra Hakimiyyəti başçısının birinci müavini.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

18 mart 1940-cı il tarixdə Kirovakanda (indiki Quqark, Ermənistan) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1948 – 1955-ci illərdə Şəki rayonunun Daşbulaq kənd yediillik orta məktəbində,

1955 – 1959-cu illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda,

1966 – 1971-ci illərdə ÜMHIŞ yanında Qırmızı Əmək Bayrağı ordenli Moskva Ali İqtisadiyyat Həmkarlar İttifaqı Məktəbinin iqtisadiyyat fakültəsində,

1973 – 1975-ci illərdə Azərbaycan KP MK nəzdində Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb və bu təhsil müəssisələrinin hamısını fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

03.10.1959-cu il – 15.09.1961-ci il tarixləri arasında Daş-üz sovxozunda aqrotexnik,

15.09.1961-ci il – 01.10.1967-ci tarixləri arasında əməyin normalaşdırılması üzrə iqtisadçı,

01.10.1967-ci il – 23.07.1970-ci il tarixləri arasında isə baş iqtisadçı vəzifəsində çalışıb.

23.07.1970-ci il – 10.06.1971-ci il tarixləri arasında Azərbaycan SSR Kənd təsərrüfatı işçiləri Həmkarlar İttifaqının Şəki Rayon Komitəsində təşkilatçı təlimatçı,

10.06.1971-ci il – 27.12.1971-ci il tarixləri arasında Şəki-Zaqatala Zona Sovxozlar Trestində Plan-maliyyə şöbəsinin rəisi,

27.12.1971-ci – 11.09.1975-ci il tarixləri arasında Azərbaycan SSR Dövlət Statistika Komitəsinin Şəki Rayon Məlumat Hesablama Stansiyasının rəisi,

17.09.1975-ci il – 08.09.1976-ci il tarixləri arasında Şəki tütün tədarükü məntəqəsinin müdiri,

11.09.1976-cı il – 26.05.1979-ci il tarixləri arasında Şəki rayon Kolxozlararası Yemçilik Birliyinin baş iqtisadçısı,

26.05.1979-cu il – 19.09.1980-cı il tarixləri arasında Şəki-Zaqatala Kolxozlararası Tikinti Trestində rəis müavini,

19.09.1980-cı il – 29.10.1981-ci il tarixləri arasında Şəki şəhər XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri,

29.10.1981-ci il – 19.05.1986-cı il tarixləri arasında Azərbaycan SSR Kənd təsərrüfatı işçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri,

19.05.1986-cı il – 14.09.1991-ci il tarixləri arasında Şəki Rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini,

20.10.1991-ci il – 20.07.1993-cü il tarixləri arasında Şəki Rayon İcra Hakimiyyətində Nəqliyyat və iqtisadiyyat şöbəsinin müdiri,

08.08.1993-cü il – 23.04.1998-ci il tarixləri arasında Şəki Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub.

İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1965-ci ildə Sov.İKPnin üzvü idi.

Azərbaycan Kommunist Partiyasının 31-ci qurultayının nümayəndəsi olub.

Bir neçə dəfə Şəki şəhər və rayon XDS-nin deputatı seçilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

23 aprel 1998-cı il tarixdə – 58 yaşında, Şəkidə iş vaxtı öz xidməti kabinetində ürək tutmasından vəfat edib. Səyyarə qəbiristanlığında dəfn olunub.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəli idi, 5 övladı vardı. Böyük oğlu Alxas Birinci Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş, lakin sonuncu dəfə evə məzuniyyətə gələrkən avtomobil qəzasında həlak olmuşdur.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Sonuncu görüş // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı:  424. — Səh.: 345-348. — (Ş 4702060206–001/h 062–98).

Bildiriş[HTML redaktə]