Tərlan Yunusov
| Tərlan Yunusov | |
|---|---|
| Yunusov Tərlan Məmmədiyə oğlu | |
| Tərlan Yunusov. | |
| Anadan olub | 6 iyul 1978 |
| Anadan olduğu yer |
Şəki, |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Ağdaş Dövlət Humanitar Kolleci, fiziki tərbiyə müəllimi (2012–2016) • Gəncə Dövlət Universiteti, məşqçilik ixtisası (2021–2026) |
Tərlan Yunusov — tanınmış idmançı-məşqçi, karate üzrə 5-ci Dan Qara kəmər sahibi. Bir sıra ölkə və beynəlxalq səviyyəli turnirlərdə mükafata layiq yerlər tutub.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
6 iyul 1978-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1996-ci ildə Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli orta məktəbini bitirib.
2012 – 2016-cı illərdə Ağdaş Dövlət Humanitar Kollecində fiziki tərbiyə müəllimi ixtisası üzrə,
2021 – 2026-cı illərdə isə Gəncə Dövlət Universitetində məşqçilik ixtisası üzrə (dövlət sifarişli, müsabiqədən kənar) təhsil alıb.
Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]
1996 – 1999-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1999 – 2002-ci illərdə “Məhsul” İdman Cəmiyyətinin Şəki şöbəsində karate-do üzrə məşqçi vəzifəsində çalışıb.
2002-ci ildən Şəki Olimpiya İdman Kompleksində karate bölməsi üzrə məşqçi-müəllimdir (2024-cü ildən hal-hazıradək rəsmi qaydada).
İdman uğurları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Karate üzrə Azərbaycan çempionatı (Azərbaycan Karate Federasiyası), kumite üzrə — III yer (6 iyun 1998, Şəki);
- Azərbaycan Ənənəvi Karate Do Federasiyasının açıq turniri (18+) kumite üzrə — III yer (9 may 1999, Şəki);
- Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının VII Respublika çempionatı, kumite üzrə (75 kq) — III yer (25-27 fevral 2000, Bakı);
- Karate üzrə beynəlxalq turnir, kumite üzrə (75 kq) — II yer (5–7 Oktyabr 2004, Tursunzadə, Tacikistan);
- Karate üzrə beynəlxalq turnir (Azərbaycan komandasının heyətində) — III yer (5-7 oktyabr 2004, Tursunzadə, Tacikistan);
- Karate üzrə Azərbaycan çempionatı (75 kq) — III yer (12 aprel 2004, Bakı);
- Karate üzrə XII Azərbaycan çempionatı, kata üzrə (Şəki komandasının heyətində) — II yer (17-18 mart 2007, Bakı);
- Karate Do İnternational VII Traditional Tournament, kata üzrə — II yer (25 may 2008, Tbilisi, Gürcüstan);
- European Cup 2009, kumite üzrə, (35-40) — I yer (20-21 iyun 2009, Tbilisi, Gürcüstan);
- European Cup 2009, kata üzrə (35-40) — III yer (20-21 iyun 2009, Tbilisi, Gürcüstan);
- World Şotokan Karate, kumite üzrə (+35) — III yer (23-25 mart 2012, İstanbul, Türkiyə);
- Word Şotokan Karate, kata üzrə (35-40) — III yer (05-07 aprel 2013, İstanbul, Türkiyə);
- WSKU World Cup and 5th European şotokan, kata üzrə (35-40) — III yer (4-6 oktyabr, 2013, Bursa, Türkiyə);
- Karate-Do International Tournament – Caucasus Cup (18+) — III yer (11-12 dekabr, 2012, Tbilisi, Gürcüstan).
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
2023-cü ildən Azərbaycan Karate Federasiyasının Şəki-Zaqatala regionu üzrə nümayəndəsidir.
2025-ci ildə Azərbaycanda keçirilmiş III MDB oyunlarında karate idman növü üzrə hakim kimi iştirak edib.
1999-cu ildən 30-dan çox şagirdi “Qara kəmər” ustalığı normasını ödəyib, 10 şagirdi Dünya, Avropa, beynəlxalq və respublika səviyyəli çempionat, yaxud turnirdə qalib, yaxud mükafatçı olub.
Azərbaycan Deflimpiya Komitəsinin (Eşitmə məhdudiyyətli idmançılar) nəzdində yaradılmış Karate bölməsində çalışan yeganə qız-idmançı da onun yetirməsidir.
Dan Qara kəmər dərəcələri[Vizual/Mobil redaktə | HTML redaktə]
- 1-ci Dan Qara kəmər (21.06.2003).
- 2-ci Dan Qara kəmər (07.12.2003).
- 3-cü Dan Qara kəmər (09.12.2007).
- 4-cü Dan Qara kəmər (07.12.2014).
- 5-ci Dan Qara kəmər (02.01.2024).
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, iki övladı var.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |