Vaqif Əhmədov
| Vaqif Əhmədov | |
|---|---|
| Əhmədov Vaqif Nurqələm oğlu | |
| Vaqif Əhmədov. | |
| Təvəllüdü | 24 iyul 1951 |
| Doğulduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlıq |
|
| Atası | Məmmədov Nurqələm Əhməd oğlu |
| Anası | Məmmədova Sayalı İsmayıl qızı |
| Həyat yoldaşı | Azaqova Dilrubə Ələkbər qızı |
| Uşaqları | Anar və Afaq |
| Təhsili |
• Şəki Kənd Təsərrüfatı Texnikumu, mühasibat uçotu ixtisası (1971–1973) • Azərbaycan SSR DİN Bakı Xüsusi Orta Milis Məktəbi (indiki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası), hüquqşünas ixtisası (1983–1987) |
| Hərbi fəaliyyəti | |
| Xidmət illəri | 1979 – 2006 |
| Rütbə |
polis polkovnik-leytenantı |
| Təltifləri |
|
Vaqif Əhmədov — ehtiyatda olan polis polkovnik-leytenantı, Birinci Qarabağ müharibəsi veteranı, “Xan-Sarayı” MMC-nin hüquqşünası, Şəki şəhər Ağsaqqallar Şurasının sədri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
24 iyul 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1968-ci ildə Şəki şəhər 12 №-li orta məktəbini bitirib.
1971 – 1973-cü illərdə Şəki Kənd Təsərrüfatı Texnikumunda mühasibat uçotu ixtisası üzrə,
1983 – 1987-ci illərdə isə Azərbaycan SSR DİN Bakı Xüsusi Orta Milis Məktəbində (indiki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası) hüquqşünas ixtisası üzrə təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1969 – 1971-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1973 – 1979-cu illərdə Azərbaycan KP Şəki şəhər partiya komitəsində komendant,
1979 – 2006-cı illərdə Şəki, yaxud Zaqatala milis/polis şöbələrində milis əməkdaşı, müvəqqəti olaraq yol müfəttişi, inspektor, baş inspektor, ictimai təhlükəsizlik bölməsinin rəisi, qərargah rəisi,
2006 – 2014-cü illərdə Şəki regional Poçt şöbəsində hüquqşünas,
2014 – 2019-cu illərdə ildən Azərbaycan Respublikasi Nəqliyyat Nazirliyi yanında DNIX-nin Şəki rayon regional nəqliyyat departamenti bölməsində hüquqşünas vəzifəsində çalışıb.
2019-cu ildən “Xan-Sarayı” MMC-nin hüquqşünasıdır.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
Heydər Əliyevin 1974-cü ildə Şəkiyə və 1981-ci ildə Mingəçevirə etdiyi səfərləri zamanı xüsusi dövlət tapşırıqlarını yerinə yetirib. Heydər Əliyevin 2002-ci illərdə Şəkiyə səfəri zamanı isə ictimai asayişin qorunması üzrə tədbirlər planını hazırlamaq ona tapşırılıb.
1988 – 1994-cü illərdə Birinci Qarabağ müharibəsində komanda rəhbəri olaraq Ağdam, Şuşa, Daşaltı, Zarıslı, Nəbilər, Goranboy rayonu Buzluq, Mənəş, Toğana, Sarısu və Çaykənd ərazilərinin, o cümlədən keçmiş Şaumyan rayonunun müdafiəsi uğrunda ermənilərə qarşı döyüşlərdə iştirak edib.
İctimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
Şəki rayon Müharibə, əmək və silahlı qüvvələr veteranları ictimai birliyinin sədr müavinidir.
2021-ci ildən Şəki rayon İcra Hakimiyyəti yanında İctimai şuranın üzvüdür.
2023-cü ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurası tərəfindən Şəki şəhər Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 65 illiyi” yubiley medalı (2010);
- “Əfqanıstandan Sovet qoşunlarının çıxarılmasının 30 illiyi” yubiley medalı (Əfqanıstan Veteranları İctimai Birliyinin medalı, 2019);
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 75 illiyi” yubiley medalı (2020).
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir bir qızı və bir oğlu var. Oğlu Anar zabit olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində Fizuli, Cəbrayıl, Zəngilan, Hadrut və Şuşa rayonlarının işğaldan azad edilməsində iştirak edib.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən olan I Qarabağ müharibəsi iştirakçıları
- 24 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1951-ci ildə doğulanlar
- Azərbaycan polis polkovnik-leytenantları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 65 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 75 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr