Vaqif Qəhrəmanov
| Vaqif Qəhrəmanov | |
|---|---|
| Qəhrəmanov Vaqif Abbas oğlu | |
| Vaqif Qəhrəmanov. | |
| Təvəllüdü | 4 oktyabr 1947 |
| Anadan olduğu yer |
Baş Küngüt, Nuxa (indiki Şəki) rayonu, |
| Vəfat tarixi | 10 yanvar 2025 (77 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Dəfn yeri |
Bakı, |
| Vətəndaşlığı |
|
| İş yeri | Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası |
| Elmi dərəcəsi | texnika elmləri üzrə fəlsəfə doktoru |
| Elmi adı | dosent |
| Təhsili |
• Azərbaycan Politexnik İnstitutu, elektrotexnika fakültəsi, avtomatik elektrik rabitəsi ixtisası (1965–1970) • prof. M.A.Bonç-Brueviç adına Leninqrad Elektrotexniki Rabitə İnstitutu (1977–1980) |
| Həyat yoldaşı | Qəhrəmanov Elmira Sadəddin qızı |
| Övladı |
Qəhrəmanova Mətanət Qəhrəmanov Teymur |
| Atası | Qəhrəmanov Abbas Alxas oğlu |
| Anası | Qəhrəmanova Şəfiqə Camal qızı |
Vaqif Qəhrəmanov (1947–2025) — tanınmış pedaqoq, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
4 oktyabr 1947-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Küngüt kəndində ziyalı ailəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1954 – 1963-cı illərdə Baş Küngüt kənd məktəbində,
1963 – 1965-ci illərdə Nuxa şəhər 3 №-li orta məktəbində,
1965 – 1970-ci illərdə Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsində,
1977 – 1980-ci illərdə isə M.A.Bonç-Brueviç adına Leninqrad Elektrotexniki Rabitə İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1970 – 1974-cü illərdə əvvəl Bakı mərkəzi teleqrafında mühəndis, sonra Bakı Rabitə Texnikumunda müəllim,
1974 – 1976-ci illərdə Azərbaycan Politexnik İnstitutunun avtomatik elektrik rabitəsi kafedrasında müəllim,
1980 – 1986-cu illərdə M.A.Bonç-Brueviç adına Leninqrad Elektrotexniki Rabitə İnstitutunun diskret informasiya verilişi və teleqrafiya kafedrasında assistent, baş müəllim,
1986-cı ildən Azərbaycan Texniki Universitetin telekommunikasiya şəbəkələri və texnologiyaları kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Namizədlik dissertasiyası işinin mövzusu SSRİ məkanında lokal informasiya şəbəkələrinin tədqiqinə həsr edilmiş ilk mövzulardan birisi olub, onun nəticələri isə SSRİ əhəmiyyətli “Krasnaya Zarya, “Krasnaya volna” kimi qapalı elmi-istehsalat təşkilatlarında, Murmanski hərbi dəniz donanmasında tətbiq olunub.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
10 yanvar 2025-ci il tarixdə – 77 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Qəhrəmanov Vaqif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 336-337. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1947-ci ildə doğulanlar
- 4 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 10 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2025-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr