Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Veysəl İbrahimxəlilov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Veysəl İbrahimxəlilov
İbrahimxəlilov Veysəl Əsgər oğlu
Veysəl İbrahimxəlilov
Veysəl İbrahimxəlilov
Digər adı Veysəl Xəlilov
Anadan olub 1900(1900-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib 20 may 1962 (62 yaşında)
Vəfat etdiyi yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Övladları Rasim, Rəna, Elza, Sabir, Həcər və Ramiz
Vətəndaşlıq Rusiya İmperiyası→ SSRİ
Təhsili Respublika hüquq məktəbi (1949–1952)
Mükafatları Lenin ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"İgidliyə görə" medalı"Qafqazın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Veysəl İbrahimxəlilov (Xəlilov) (1900–1962) — sovet dövründə Azərbaycanın bir sıra rayonlarında milis şöbəsi rəisi vəzifəsində çalışmış şəxs. Milis mayoru. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müşaviri general-leytenant Əsgər Xəlilovun babasıdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1900-cü ildə Nuxada (indiki Şəki) kasıb bir ailədə anadan olub.

Əmək və fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

16 yaşından Nuxadakı ipək fabriklərində fəhlə işləyib.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət milis orqanında çalışıb.

1922 – 1924-cü illərdə orduda xidmət edib.

1924-cü ildən Nuxada milis orqanında yenidən xidmətə başlayıb. Sonra müxtəlif illərdə Azərbaycanın bir sıra rayonlarında, o cümlədən, Göyçay, Şamaxı, Ağdaş, Vartaşen (indiki Oğuz) rayonlarında milis şöbəsi rəisi vəzifəsində çalışıb, daha sonra Daxili İşlər Nazirliyi sistemindən istefaya çıxıb.

Veysəl İbrahimxəlilov, oturan yerdə, ortada.
Veysəl İbrahimxəlilov, ortada.

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

1938-ci ildən Kommunist partiyasının üzvü olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1952-ci ildə 3 illik hüquq məktəbini bitirib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

20 may 1962-ci il tarixdə – 62 yaşında, Nuxada vəfat edib. Vəfatı münasibəti ilə 24 may 1962-ci il tarixli “Lenin bayrağı” qəzetində yoldaşlarından bir qrupu adından nekroloq dərc olunub. Nekroloqla yanaşı, eyni səhifədə Nuxa birləşmiş xəstəxanasının işçilərindən bir qrupu həmin xəstəxanada həkim işləyən Ş.Xəlilovaya əmisinin, Nuxa şəhər 7 nömrəli məktəbinin onuncu sinif şagirdləri isə sinif yoldaşları Həcər Xəlilovaya atasının vəfatı münasibəti ilə başsağlığı veriblər.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. VEYSƏL ƏSGƏR oğlu XƏLİLOV = ВЕЈСӘЛ ӘСҜӘР оғлу ХӘЛИЛОВ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1962. — В. 23 may. — № 10. — Səh. 4.

Bildiriş[HTML redaktə]