Yalçın Əfəndiyev
| Yalçın Əfəndiyev | |
|---|---|
| Əfəndiyev Yalçın Heydər oğlu | |
| Yalçın Əfəndiyev. | |
| Doğum tarixi | 24 iyul 1937 |
| Doğum yeri |
Bakı, |
| Vəfat tarixi | 29 oktyabr 2019 (82 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
İkinci Fəxri xiyaban, Bakı, |
| Həyat yoldaşı | Mustafayeva Laləndər Mustafa qızı |
| Uşaqları | Heydər və Ağaibrahim |
| Atası | Heydər Əfəndiyev |
| Anası | Fatma Vəkilova |
| Vətəndaşlığı |
|
| Peşəsi | kinorejissor |
| Milliyyəti | azərbaycanlı |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi (1954–1960) • Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu (Moskva), rejissorluq fakültəsi (1962–1967) |
| Mükafatları |
|
Yalçın Əfəndiyev (1937–2019) — tanınmış kinorejissor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor. “Nə yaxşı ki, dünyada Səməd Vurğun var”, “Azərbaycan, Azərbaycan”, “Odla təmasda”, “Naxışların yaddaşı”, “Xatirələr sahili”, “Azərbaycan incəsənəti”, “İrsimizin sorağında” və digər filmləri Azərbaycan kinematoqrafiyanın təqdirəlayiq nümunələri kimi dəyərləndirilir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
24 iyul 1937-ci il tarixdə Bakıda anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1954 – 1960-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində,
1962 – 1967-ci illərdə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (Moskva) rejissorluq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1960-cı ildən əmək fəaliyyətinə başlayıb.
1966 – 1991-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor,
1983 – 1986-cı illərdə həm də burada Xronikal sənədli filmlər birliyinin direktoru,
1991 – 1994-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətinin “Azərbaycantelefilm” kinostudiyasında bədii rəhbər və rejissor,
1994 – 2002-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ali dərəcəli rejissoru vəzifəsində çalışıb.
1995-ci ildən uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Lenin komsomolu mükafatı (1976);
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı (01.12.1982);
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (01.08.2007).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
29 oktyabr 2019-cu il tarixdə – 82 yaşında, vəfat edib. Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Yalçın // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 78-79. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Yalçın Heydər oğlu Əfəndiyev : [arx. 12 Dec 2019 - 18 Dec 2024] // Mədəniyyət qəzeti. — 2019. — 11 dekabr. — Müraciət tarixi: 02.02.2025.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1937-ci ildə doğulanlar
- 24 iyulda doğulanlar
- İyulda doğulanlar
- 29 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2019-cu ildə vəfat edənlər
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatları
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr