Yusif Şükürlü
| Yusif Şükürlü | |
|---|---|
| Şükürlü Yusif Hacıbala oğlu | |
| Yusif Şükürlü, 2019-cu il. | |
| Təvəllüdü | 27 oktyabr 1948 |
| Anadan olduğu yer |
Baş Şabalıd, Nuxa (indiki Şəki) rayonu, |
| Vəfat tarixi | 28 aprel 2026 (77 yaşında) |
| Vəfat yeri |
Memorial Hospital, İstanbul, |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | fizika-riyaziyyat |
| İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru |
| Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
| Elmi adı | dosent |
| Təhsili |
• Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971) • Azərbaycan SSR EA-nın Fizika İnstitutu, aspirantura (1975–) • 1995-ci ildən Azərbaycan EA Radiasiya Tədqiqatları Sektoru, doktorantura (1995–) |
| Mükafatları |
|
| facebook səhifəsi | |
Yusif Şükürlü (1948–2026) — fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dosenti, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
27 oktyabr 1948-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1966 – 1971-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan SSR EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub.
1995-ci ildən Azərbaycan EA Radiasiya Tədqiqatları Sektorunun doktorantı olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1971 – 1974-cü illərdə Qəbələ rayonunun Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərindən dərs deyib. O cümlədən, 1973 – 1974-cü illərdə Tola kənd səkkizillik məktəbində tədris işləri üzrə direktor müavini olub.
1974-cü ildə Şəki şəhərindəki 43 saylı Texniki Peşə məktəbində fizika müəllimi vəzifəsində işləyib.
1975 – 1976-cı illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində olan Səki Elmi bazasında əvvəl laborant, sonra isə kiçik elmi işçi vəzifəsini tutub.
1977 – 1990-cı illərdə Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə (1987-ci ildən) baş elmi işçi vəzifəsində çalışıb.
1990 – 2008-ci illərdə Şəki Regional Elmi Bazasında biofizika laboratoriyasına rəhbərlik edib.
1992 – 1996-cı illərdə Bakı Dövlət Universitetinin Şəki filialında əvvəl baş müəllim, sonra isə (1996-cı ildən) əvəzçi dosent vəzifəsində çalışıb.
2002 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının təbiət elmləri və tədrisin metodikası kafedrasının əvəzçi dosenti vəzifəsində işləyib.
2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Şəki filialının təbiət elmləri və onların tədrisi metodikası kafedrasının dosentidir, o cümlədən, 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışıb.
2014-cü ildən ömrünün sonunadək AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru olub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1984-cü ildə namizədlik dissertasiyasını müdafiə edib.
2008-ci ildə isə dosent elmi adını alıb.
Ədəbi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2004-cü ildə 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət “Çəhrayı gödəkcə” adlı kitabı çap edilib. “Yetti” adlı elmı-fantastik romanın müəllifidir. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Tərəqqi” medalı (05.11.2025).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
28 aprel 2026-cı il tarixdə — 77 yaşında, müalicə aldığı İstanbul Memorial Hospitalında (Türkiyə) vəfat edib.
29 aprel 2026-cı il tarixdə Baş Şabalıd kənd qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki REM-in fəlsəfə doktorları/Şükürlü Yusif Hacıbala oğlu. http://www.science.gov.az/. science.gov.az. Arxivləşdirilib (10 Jan 2017 - 19 Jan 2020).
- Məmmədov Ə., Xalıqov F. Şükürlü Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 530-431. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- AMEA Şəki Regional Elmi Mərkəzinin işçiləri
- Şəkidən çıxmış şair və yazıçılar
- 1948-ci ildə doğulanlar
- 27 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 28 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 2026-cı ildə vəfat edənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr