Zümrüd Baxışova
Naviqasiyaya keç
Axtarışa keç
| Zümrüd Baxışova | |
|---|---|
| Baxışova Zümrüd Bayram qızı | |
| Zümrüd Baxışova. | |
| Təvəllüdü | 8 avqust 2015 |
| Doğulduğu yer |
Baş Şabalıd, Şəki, |
| Atası | Baxışov Bayram Nuru oğlu |
| Anası | Baxışova Tangiz Kamil qızı |
| Vətəndaşlığı |
|
| Məşqçisi | Akşin |
| Çəkisi | 28 |
Zümrüd Baxışova — azyaşlı karateçi-qız. Yerli və beynəlxalq səviyyəli turnirlərdə dəfələrlə mükafata layiq yerləri tutub.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
8 avqust 2015-ci il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2000-ci ildən Baş Şabalıd kənd tam orta məktəbində təhsil alır.
İdman nəticələri[Vizual/Mobil redaktə | HTML redaktə]
- 2-ci yer — Şəki-Zaqatala Regional Gənclər İdarəsinin Şəhid Fərid Lətifovun xatirəsinə həsr olunmuş wkf karate idman növü üzrə 1-ci Regional Açıq turniri, 25 kq çəki dərəcəsində.
- 2-ci yer — 5 – 7 avqust 2023-cü il tarixləri arasında “Olympic Hopes 2023” Bakı beynəlxalq karate turniri, U8 yaş kateqoriyasında, 28 kq çəki dərəcəsində.
- 3-cü yer — 20 – 21 yanvar 2024-cü il tarixləri arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə baş tutmuş 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Karate üzrə 9-cu Arpaçay Açıq Turniri, U9 yaş kateqoriyasında, 28 kq çəki dərəcəsində.
- 1-ci yer — 27 – 28 aprel 2024-cü il tarixləri arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə baş tutmuş “Grand Prix Azerbaijan” Açıq Karate Turniri, U9 yaş kateqoriyasında, 28 kq çəki dərəcəsində.
- 2-ci yer — 21 – 23 iyun 2024-cü il, Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş döyüş idman növləri Festivalı, U9 yaş kateqoriyasında, 28 kq çəki dərəcəsində.

- 1-ci yer — 5 – 6 oktyabr 2024-cü il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində (Bakı) Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə ənənəvi karate üslubu şito-ryu nümayəndəliyi üzrə Badamlı Karate Klubunun təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş klublar arasında turnirdə 9-10 yaş kateqoriyasında və 28 kq çəki dərəcəsində (karate).
- 1-ci yer — 5 – 6 oktyabr 2024-cü il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində (Bakı) Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə ənənəvi karate üslubu şito-ryu nümayəndəliyi üzrə Badamlı Karate Klubunun təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş klublar arasında turnirdə 9-10 yaş kateqoriyasında və 28 kq çəki dərəcəsində (şito-ryu).
- 2-ci yer — 19 dekabr 2024-cü il tarixdə Azərbaycan Karate Federasiyasının təşkil etdiyi Ənənəvi karate üslubu üzrə Azərbaycan çempionatı, 8-9 yaş kateqoriyasında və 25 kq çəki dərəcəsində.
- 1-ci yer — 19 dekabr 2024-cü il tarixdə Azərbaycan Karate Federasiyasının təşkil etdiyi Ənənəvi karate üslubu üzrə Azərbaycan çempionatı, 8-9 yaş kateqoriyasında.
1-ci yer — 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Karate Federasiyasının təşkil etdiyi 10-cu “Arpaçay Open” karate turniri, 9-10 yaş kateqoriyası və 32 kq çəki dərəcəsi üzrə (hərəkərlərə görə).
1-ci yer — 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Karate Federasiyasının təşkil etdiyi 10-cu “Arpaçay Open” karate turniri, 9-10 yaş kateqoriyası və 32 kq çəki dərəcəsi üzrə (döyüşə görə).
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |