Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Zəfər Yusibov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Zəfər Yusibov
Yusibov Zəfər Qəzənfər oğlu
Zəfər Yusibov
Zəfər Yusibov.
Təvəllüdü 29 noyabr 1982 (1982-11-29) (43 yaş)
Doğulduğu yer Çayqaraqoyunlu, Şəki rayonu Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ → Azərbaycan
Mənsubiyyəti Azərbaycan Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi
Təhsili

 • Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi (BABKM) (1999–2003)

 • Quru Qoşunlarının Akademiyası (Türkiyə)
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbə Polkovnik
Təltifləri Vətən Müharibəsi Qəhrəmanı
"Cəbrayılın azad olunmasına görə" medalı — 2021 "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Zəfər Yusibov — Azərbaycan Respublikası Daxili Qoşunlarının polkovniki, Vətən Müharibəsi qəhrəmanı.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1982-ci ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1988 – 1999-cu illərdə Çayqaraqoyunlu kənd orta məktəbində,

1999 – 2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) təhsil alıb. Sonra Daxili Qoşunların orta ixtisas məktəbini ikinci fərqlənmə dərəcəsi ilə bitirib. Daha sonra Türkiyədə komando, komando ixtisas, snayper, su altı axtarma və zərərsizləşdirmə və ingilis dili kurslarını bitirib. Müxtəlif vaxtlarda iki dəfə Türkiyədə girovların təyyarədə, qatarda, avtobusda, yaşayış məntəqəsində azad olunması üzrə kurslarda iştirak edib, Quru Qoşunlarının Akademiyasını əla qiymətlərlə başa vurub.

Əmək və hərbçi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2003-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edir.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı rəhbərlik etdiyi şəxsi heyətlə birgə Murovdağ, Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonları istiqamətlərində döyüşlərdə iştirak edib, Hadrutda Azərbaycan bayrağını ilk dəfə dalğalandıran xüsusi təyinatlılardan biri olub, Tuğ kəndi yaxınlığında yaralansa da 3 gün yaralı vəziyyətdə döyüşüb.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir. 2 övladı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Təmirov H. Vətən müharibəsinin Zəfəri - Polkovnikin həyat hekayəsi : [arx. 01.02.2024] : [azərb.] // Modern.az. — Müraciət tarixi: 25.04.2025.

Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]