Seyfulla paşa: Redaktələr arasındakı fərq

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Sətir 64: Sətir 64:


====Anası====
====Anası====
Mövzu üzrə tədqiqat işlərində anası ilə bağlı heç nə qeyd edilməsə də, bəzi məlumatlara əsasən ehtimal etmək olar ki, anası [[İsmayıl xan Xoyski|İsmayıl xanın]] qızı '''Səkinə bəyimdir'''. Lakin bu yalnız ehtimal olaraq qalır və təsdiqlənməsinə ehtiyac var. Mənbələrdə Səkinə bəyimin 21 mart 1869-cu il tarixdə özündən azı 20 yaş kiçik olan [[Zaman bəy Şeyxəlibəyov]] ilə<ref name=Q1 group=qeyd/>, 13 mart 1878-ci il tarixdə isə Mirzə bəy Sultanovun oğlu Həsən xanla{{Sfn|Qazıxana dəftəri (3)|2008|s=102|loc=}} ailə qurması haqqında məlumatlar var. Lakin çox güman ki Səkinə bəyim heç də ilk dəfə 40 yaşında yox, əslində daha gənc yaşlarında ailə qurmuşdur. Belə ki [[Əhməd Nəbiyev]] (1885–+1970) [[Ədil xan Yelisuyski|Ədilı xanın]] (1882–1970) tərcümeyi-halında göstərmişdir ki, Ədil xanın atası Əhməd xanın anası İsmayıl xan Xoyski ilə Tuti ağanın qızıdır{{Sfn|Nəbiyev Ə.||s=295 }}.
Mövzu üzrə tədqiqat işlərində anası ilə bağlı heç nə qeyd edilməsə də, bəzi məlumatlara əsasən ehtimal etmək olar ki, anası [[İsmayıl xan Xoyski|İsmayıl xanın]] qızı '''Səkinə bəyimdir'''. Lakin bu yalnız ehtimal olaraq qalır və təsdiqlənməsinə ehtiyac var. Mənbələrdə Səkinə bəyimin 21 mart 1869-cu il tarixdə özündən azı 20 yaş kiçik olan [[Zaman bəy Şeyxəlibəyov]]<ref name=Q1 group=qeyd/> ilə, 13 mart 1878-ci il tarixdə isə Mirzə bəy Sultanovun oğlu Həsən xanla{{Sfn|Qazıxana dəftəri (3)|2008|s=102|loc=}} ailə qurması haqqında məlumatlar var. Lakin çox güman ki Səkinə bəyim heç də ilk dəfə 40 yaşında yox, əslində daha gənc yaşlarında ailə qurmuşdur. Belə ki [[Əhməd Nəbiyev]] (1885–+1970) [[Ədil xan Yelisuyski|Ədilı xanın]] (1882–1970) tərcümeyi-halında göstərmişdir ki, Ədil xanın atası Əhməd xanın anası İsmayıl xan Xoyski ilə Tuti ağanın qızıdır{{Sfn|Nəbiyev Ə.||s=295 }}.


====Qardaşları====
====Qardaşları====

04:47, 22 yanvar 2025 versiyası

Seyfulla paşa
Seyfulla paşa
Seyfulla paşa.
Təvəllüdü 1852(1852-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğulduğu yer İlisu
Vəfat tarixi 8 mart 1909 (57 yaşında)
Uşağı Səkinə bəyim?
Hərbi fəaliyyəti
Rütbə general-leytenant

Seyfulla paşa (1852–1909) — Osmanlı ordusunun general-leytenantı. Aeroplanı 500 metr hündürlüyə qaldırmış ilk türk sınaqçı-təyyarəçisidir.

Haqqında məlumatlar

Fayl:Seyfulla paşa.jpeg
Seyfulla paşanın ehtimal edilən şəkli.

1852-сi ildə İlisuda anadan olub.

18 yaşında – atası və qardaşından sonra İstanbula mühacirət edib.

Təhsili

Tiflis gimnaziyasını bitirib.

Hərbçi fəaliyyəti

1873-cü ildən Osmanlı ordusunun hərbi əməliyyatlarında iştirak etməyə başlayıb.

1877 – 1878-ci illərdə rus-türk müharibəsində hərbi kəşfiyyatçı zabit olub.

1885-ci ildə ovçu adı altında Yunanıstanda (Afinaya yaxın) strateji məqsədlər üçün məlumatlar toplayıb. Daha sonra Türk ordusunun Balkan əməliyyatlarında iştirak edib və general rütbəsi alıb.

Ailəsi

Atası

Hacı ağa Məhəmməd Hasib bəy, Nəcəf bəy oğlu. 1850-ci illərin əvvəllərində rus ordusunun polkovniki idi. Lev Tolstoyun “Hacı Murad” romanında onun adı Hacı Muradın başını kəsən şəxs kimi çəkilir. 1864-cü ildə Qafqaza səyahətə çıxmış rus çarı II Aleksandr Qaxdan keçərkən səhər yeməyi üçün onun evinə düşmüşdür. 1868-ci ildə Hacı ağa, oğlu Adı-Qorkli bəy ilə İstanbula mühacirət edib. 1879-сu ildə orada vəfat edib və Qaraca Əhməd qəbiristanlığında dəfn olunub.

Anası

Mövzu üzrə tədqiqat işlərində anası ilə bağlı heç nə qeyd edilməsə də, bəzi məlumatlara əsasən ehtimal etmək olar ki, anası İsmayıl xanın qızı Səkinə bəyimdir. Lakin bu yalnız ehtimal olaraq qalır və təsdiqlənməsinə ehtiyac var. Mənbələrdə Səkinə bəyimin 21 mart 1869-cu il tarixdə özündən azı 20 yaş kiçik olan Zaman bəy Şeyxəlibəyov[qeyd 1] ilə, 13 mart 1878-ci il tarixdə isə Mirzə bəy Sultanovun oğlu Həsən xanla[1] ailə qurması haqqında məlumatlar var. Lakin çox güman ki Səkinə bəyim heç də ilk dəfə 40 yaşında yox, əslində daha gənc yaşlarında ailə qurmuşdur. Belə ki Əhməd Nəbiyev (1885–+1970) Ədilı xanın (1882–1970) tərcümeyi-halında göstərmişdir ki, Ədil xanın atası Əhməd xanın anası İsmayıl xan Xoyski ilə Tuti ağanın qızıdır[2].

Qardaşları

Məhəmməd xan. 1858-ci ildə Aleksandr Düma Nuxada olarkən Məhəmməd xanla görüşmüş, onun mayor rütbəsində olduğunu, sinəsində “Georgi xaçı” ordeni gəzdirdiyini, onun Şəkinin axırıncı xanının nəvəsi, Danial sultanın isə bacısı oğlu olduğunu öz kitabında qeyd etmişdir[3]. 1860-cı illərdə leyb-kazak polkunun polkovniki idi. Danial sultanın boşanmış qızı Nanə xanımı almışdı. Türkiyəyə mühacirət etdikdən sonra “Mehmet paşa Dağıstanlı”, “Mehmet paşa Müxlis” adları ilə tanınıb və türk ordusunun general-leytenantı olub. 22 fevral 1896-cı il tarixdə vəfat edib. Qaraca Əhməd qəbiristanlığında dəfn olunub. Ölümündən bir ay keçməmiş – 15 mart 1796-cı il tarixdə, həyat yoldaşı Firdovs də vəfat edib və ərinin qəbrinin yanında dəfn olunub. Oğlanları Cəfər isə onlardan 4-5 il əvvəl vəfat etmişir.

Adı-Kurklu 1868-ci ildə atası Hacı ağa ilə İstanbula mühacirət edib.

Məhəmmədsadıq 1839-cu ildə anadan olub. O, da atası və iki qardaşı kimi İstanbula mühacirət edib.

Övladı

Qızı Nuxada yaşayan qardaşı oğlu Ədilxana ərə gedib. Lakin qısamüddətli evlilikdən sonra o, boşanaraq Türkiyəyə qayıdıb və Ədilxandan doğduğu qızı Firdovsini də özü ilə Türkiyəyə aparıb[qeyd 2]. Firdovsi Türkiyədə Səlim adlı şəxslə ailə qurub. Müxlis Tünçay adlı oğlanları və Qədim Tünçay adlı qızları doğulub. Qədim Tünçay yuqoslaviyalı müsəlmana ərə gedib.

Digər

Şeyx Şamilin Anadoluda yaşayan qohumları ilə yaxın münasibətlərə malik olub.

Qeydlər

  1. ↑ “Qazıxana dəftəri”ndə Səkinə bəyim Məhəmmədhəsən xanın qızı kimi təqdim olunur (Qazıxana dəftəri (2), 2008, s. 151), (Qazıxana dəftəri (3), 2008, s. 102). Əslində isə o, Məhəmmədhəsən xanın qız nəvəsi olmaqla Şəki xanı İsmayıl (?–1819) xanın qızıdır və İsmayıl xanın qızı Səkinə bəyimin Zaman bəyə ərə getməsi barədə Hacı Seyid Əbdülhəmiddə də məlumat var (Şəki xanlığının tarixindən, 1958, s. 31).
  2. ↑ Bir məlumata görə 1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüş (İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 336), digər məlumata görə isə 1963-cü ildə atası ilə görüşmək istəmiş, amma icazə ala bilməmişdir (ŞMASL, 2-ci kitab, 2009, s. 216).

İstinadlar


Ədəbiyyat

  1. Ссылка // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1873. — Т. V. — С. 1121. — ISBN 978-5-458-67810-0.
  2. Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 102. — 200 nüsx.
  3. Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma).
  4. Айтберов Т.М., Хапизов Ш.М. Елису и Горный магал в ХII–ХIХ вв. (очерки истории и ономастики). — Махачкала, 2011. — 390 с. — ISBN 978-5-905784-42-2. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Dec 2022 - 24 Dec 2024.
  5. О жизни и семье Хаджиги Елисуйского : [arx. 23 Dec 2013 - 2 Oct 2018] : [rus.] // mkala.mk.ru. — Müraciət tarixi: 21.01.2025.
  6. Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı:  416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
  7. Düma A. Qafqaz səfəri. — Qanun, 2014. — Səh.: 162 – 163. — ISBN 978-9952-26-792-1.