Şablon:14 fevral

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Eyvaz Qurbanov
Eyvaz Qurbanov

Azərbaycan Milli Məclisinin deputatı Eyvaz Qurbanov 14 fevral 1963-cü il tarixdə Vartaşen (indiki Oğuz) rayonunun Bucaq kəndində anadan olub.



Pərviz Zeynalov
Pərviz Zeynalov

Tanınmış pedaqoq-sosioloq, Şəki Dövlət Regional Kollecinin baş metodisti Pərviz Zeynalov 14 fevral 1979-cu il tarixdə Şəkidə anadan olub. O, 2014-cü ildən başlamaqla Şəki səhərində baş tutmuş əksər kütləvi tədbirlərin aparıcısı olub.



Tofiq Kazımov
Tofiq Kazımov

Rəssam-pedaqoq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika kafedrasının müəllimi Tofiq Kazımov (1947–2009) 14 fevral 1947-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Məmmədşərif Həmidov
Məmmədşərif Həmidov

Azərbaycan SSR hərbi komissarı, general-mayor Məmmədşərif Həmidov (1917–1969) 14 fevral 1969-cu il tarixdə – 51 yaşında, xidməti avtomobilinin indiki Göygöl – Gəncə avtomobil yolunda qəzaya uğraması nəticəsində həlak olub. O, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan KP MK üzvlüyünə namizəd idi.



Çingiz Əfəndiyev
Çingiz Əfəndiyev

İpəkçilik və toxuculuq sənayesi üzrə tanınmış mütəxəssis və rəhbər kadr Çingiz Əfəndiyev (1932–2013) 14 fevral 2013-cü il tarixdə – 80 yaşında, Şəkidə vəfat edib. O, uzun müddət Şəki ipək kombinatında baş direktorun müavini vəzifəsində çalışmış, dəfələrlə baş direktoru əvəz etmiş, bir müddət isə özü baş direktor olmuşdur. 1991–1992-ci illərdə isə Şəki şəhər İcra hakimiyyətinin başçısı olub.









<<əvvəlki gün 14 fevral sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 5  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)