Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Laura Nəbiyeva

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Laura Nəbiyeva
Nəbiyeva Laura Azər qızı
Laura Nəbiyeva
Laura Nəbiyeva.
Anadan olub 24 yanvar 1999 (1999-01-24) (27 yaş)
Anadan olduğu yer Perm Rusiya
Atası Nəbiyev Azər Mobil oğlu
Anası Aslanova Reyhan Tariyel qızı
Vətəndaşlıq Azərbaycan
Təhsili

 • Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mexanika və informasiya texnologiyaları fakültəsi, bakalavriat (2017–2021)

 • Pekin Texnologiya İnstitutu, kompüter elmləri ixtisası, magistratura (2021–2024)
İş yeri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamenti (aparıcı məsləhətçi)
facebook səhifəsi

Laura Nəbiyeva — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin aparıcı məsləhətçisi və Şəki şəhər bələdiyyəsinin üzvü.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

24 yanvar 1999-cu il tarixdə Permdə (Rusiya Federasiyası) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

2006 – 2017-cı illərdə Şəki şəhər 18 nömrəli tam orta məktəbində və 2016 – 2017-ci illərdə Flex proqramı vasitəsilə Konkord (Miçiqan ştatı, ABŞ) orta məktəbində tam orta təhsil alıb.

2017 – 2021-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsində bakalavr,

2021 – 2024-cü illərdə isə Pekin Texnologiya İnstitutunda kompüter elmləri ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2018 – 2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma üzrə prorektorun köməkçisi,

2019 – 2022-ci illərdə həmin universitetin İKT mərkəzində təlim və inkişaf üzrə mütəxəssis,

2023 – 2026-cı illərdə “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunda insan resursları üzrə mütəxəssis,

2026-cı ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin aparıcı məsləhətçisidir.

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

Bitərəfdir.

2025-cü ildə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

Bildiriş[HTML redaktə]