Paşa Paşayev
| Paşa Paşayev | |
|---|---|
| Paşayev Paşa Ağabala oğlu | |
| Paşa Paşayev. | |
| Təvəllüdü | 26 dekabr 1926 |
| Anadan olduğu yer |
Nuxa (İndiki Şəki), |
| Vəfat tarixi | 1 iyul 1988 (61 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Vəfat səbəbi | beyin xərçəngi |
| Dəfn yeri | Yasamal qəbiristanlığı |
| Vətəndaşlığı |
|
| Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
| Təhsili | Pedaqoji İnstitut və həmin institutun aspiranturası |
| Həyat yoldaşları | Svetlana Qonçarova və Zəhra |
| Övladları | Elvira (Svetlanadan) Gündüz, Nasir, Günətay (Zəhradan) |
Paşa Paşayev (1926–1988) — tanınmış pedaqoq, fizika-riyaziyyat elmləri namizədi. Fizika, o cümlədən biofizika sahəsində 20-dək kitabın müəllifi, yaxud həmmüəllifidir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
26 dekabr 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. 4 yaşı olarkən atası vəfat edib. Bundan sonra anasının və bacısının himayəsində böyüyüb.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Nuxada orta məktəbi və pedaqoji texnikumu, Bakıda Pedaqoji İnstitutu və həmin institutun aspiranturasını bitirib.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1956-cı ildə professor Abbasqulu Abbaszadənin elmi rəhbərliyi ilə “Neftlərin özüllülüyü, səthigərilmə əmsallarının təyini və temperaturdan asılılığı” adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.
Fizika, o cümlədən biofizika sahəsində 17 kitabın müəllifi, yaxud həmmüəllifi, 1 kitabın ruscadan tərcüməçisi, 2 kitabın isə elmi redaktorudur.
Müəllifi, yaxud həmmüəllifi olduğu kitabların siyahısı[Vizual/Mobil redaktə | HTML redaktə]
- Paşayev P. Beynəlxalq vahidlər sistemi (BS). Bakı: [s.n.], 1968.
- Abaszadə A., Paşayev P. Fizika (ali məktəblərə daxil olanlar üçün vəsait). Bakı: Maarif, 1970.
- Abbaszadə A., Paşayev P. Fizikadan olimpiada məsələləri. Bakı: [s. n.], 1971.
- Paşayev P. Həyatın kiçik sirrləri. Bakı: Elm, 1971.
- Paşayev P. Fizika və canlı aləm. Bakı: Azərnəşr, 1972.
- Paşayev P. Bioelektrik hadisələr. Bakı: Elm, 1974.
- Paşayev P. Həyatın kiçik sirləri. Bakı: Gənclik, 1976.
- Paşayev P. Təbiətlə üz-üzə. Bakı: Azərnəşr, 1978.
- Paşayev P. Təbiət elmlərinin əlaqəli öyrənilməsi. Bakı: Maarif, 1977.
- Kərimov Ə., Paşayev P, Abasov K. İstilik texnikasına giriş (dərs vəsaiti). Bakı: [s. n.], 1982.
- Paşayev P. Sənaye tullantıları qiymətli xammaldır. Bakı: Azərnəşr, 1983.
- Paşayev P. Təbiətin sirləri. Bakı: Gənclik, 1983.
- Mustafayev R., Paşayev P. İstehsalat və energiya. Bakı: Azərnəşr, 1985.
- Abaszadə A., Paşayev P. Onbirillik məktəbi üçün fizika proqramı (VII–XI siniflər). Bakı: Maarif, 1986.
- Paşayev P. Orta məktəbdə fizikanın tədrisi məsələləri. Bakı: Maarif, 1987.
- Paşayev P. Robotlar aləmində. Bakı: Azərnəşr, 1987.
- Abasov K., Paşayev P. İstilik maşınları. Bakı: V.İ Lenin adına APİ, 1990.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Uzun müddət V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və fizika-riyaziyyat təmayüllü orta məktəbdə müəllim işləyib.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

Həyatının son illərində beyin xərçəngindən əziyyət çəkirdi.
1 iyul 1988-ci il tarixdə Neyrocərrahiyyə İnstitutunda (Bakı) beynində uğursuz cərrahiyə əməliyyatı aparılıb və əməliyyat zamanı – 61 yaşında, vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- P
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1926-cı ildə doğulanlar
- 26 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1988-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr