Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Vahid Qəniyev

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Vahid Qəniyev
Qəniyev Vahid Hüseyn oğlu
Vahid Qəniyev
Vahid Qəniyev, 2021-ci il.
Anadan olub 26 aprel 1929(1929-04-26)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 19 mart 2023 (93 yaşında)
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, hidromeliorasiya fakültəsi (1948–1953)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni"Şərəf Nişanı" ordeni  — 1981Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Vahid Qəniyev (1929–2023) — Şəki şəhərinin və Şəki rayonunun sabiq meri; 1971 – 1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1975 – 1991-ci illərdə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985 – 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

26 aprel 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1947-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.

1948 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1953-cü ildə Nuxa Suvarma Sistemləri İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonrakı illərdə həmin idarənin baş mühəndisi olub.

1965-ci ilin əvvəllərində bir müddət Qax/Nuxa Suvarma sistemləri idarəsinin baş mühəndisi,

1965-ci ilin iyul ayından 1971-ci ilin mart ayınadək isə Nuxa/Şəki Suvarma sistemləri idarəsinin rəisi,

1971-ci ilin mart ayından Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,

1975-ci ilin aprel ayından isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub və 1991-ci ilədək həmin vəzifədə çalışıb.

1992-ci ildə Şəki-İsmayıllı zonası İstismar İstehsalat birliyinin rəisi vəzifəsinə təyin edilib.

2005-ci ilin dekabr ayında Əyriçay SAİİ-nin rəisi vəsifəsində əmək fəaliyyətini tamamlayıb.

İctimai-iyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1958-ci ildən Sov.İKP üzvü,

1971, 1976, 1981, 1986-cı illərdə Azərbaycan KP-nın XXVIII, XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi,

1985 – 1990-cı illərdə XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1990-cı ildə 330 nömrəli Şəki rayon Cəfərabad seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülüb, lakin seçilməyib.

Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədridir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

19 mart 2023-cü il tarixdə – 93 yaşında, Şəkidə vəfat edib.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ↑ "Şəkidə Ağsaqqallar Şurasının rayon təşkilatının sədrinin yubileyi qeyd olunub". http://sheki-ih.gov.az (azərb.). www.sheki-ih.gov.az. 2019-04-27. 22 Dec 2019 – 20 Feb 2020 tarixində arxivləşdirilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Vahid Hüseyn oğlu QƏNİYEV (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960). — Səh. 2.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Video[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]