Şablon:10 aprel
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Kimya elmləri namizədi, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri Asim Abdullayev 10 aprel 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
Bakı Marionet Teatrının aparıcı səhnə ustası Mehman Musabəyli 10 aprel 1971-ci il tarixdə Şəkidə anadan olub. O, həmçinin, geniş bədii tərcümə işi ilə də məşğuldur, hekayələr və pyeslər də yazıb. Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
|
|
|
Texnika elmləri namizədi, AMEA Qeyri-üzvi Kimya İnstitutunun Kimya texnoloji proseslərin modelləşdirilməsi laboratoriyasının aparıcı elmi işçisi, Qərbi Kaspi Universitetinin dosenti Qoşqar Əliyev 10 aprel 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, incəsənət üzrə fəlsəfə doktoru, Azərbaycan Yaradıcılıq Fondu İdarə Heyətinin sədr müavini, “Sönməyən Ulduzlar” İctimai Teatrının bədii rəhbəri Rafiq Kaşanlı 10 aprel 1941-ci il tarixdə Bakıda anadan olub.
|
|
|
Riyaziyyat üzrə elmlər doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Rafiq Rasulov 10 aprel 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
Musiqiçi-pedaqoq, Şəki Musiqi Texnikumunun sabiq direktoru Töhrab Hüseynov 10 aprel 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
|
|
Tanınmış azərbaycanlı musiqiçi və musiqiçi-pedaqoq, skripka və alt (viola) ifaçısı Ülvi Həsənli 10 aprel 1990-cı il tarixdə Şəkidə anadan olub. O, Almaniya, İtaliya, İspaniya, Danimarka, Finlandiya, İsveç, Latviya, Estoniya və s. Avropa ölkələrində bir sıra masterklass və orkestr proyektlərində iştirak edib. 2014-cü ildən Norveçin Stavanger şəhərində yaşayır.
|
Sovet dövründə Azərbaycanda tanınmış ticarət məmuru olmuş Əziz Zərgərov (1931–1993) 10 aprel 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət “Azərbaycanayaqqabıticarət” topdansatış bazasının rəisi vəzifəsində çalışmışdır.
|
|
|
Tarzən-pedaqoq Nüsrət Mikayılov (1933–2018) 10 aprel 2018-ci il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib. O, müxtəlif vaxtlarda Şəkidəki uşaq musiqi məktəblərində, həmçinin Şəki Musiqi Texnikumunda tar dərsi demiş, Şəki rayonunun Ordjonikidze (indiki Turan) qəsəbəsindəki musiqi məktəbinin və Şəki şəhər 1 №-li musiqi məktəbinin direktoru vəzifəsində çalışmışdır.
|
Coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi Qalib Rüstəmov (1953–2021) 10 aprel 2021-ci il tarixdə – 68 yaşında, Bakıda vəfat edib.
|
|
|
Tanınmış tarzən və musiqiçi-pedaqoq İbad Salmanov (1904–1989) 10 aprel 1989-cu il tarixdə – 85 yaşında, Şəkidə vəfat edib.
|
Filologiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR EA-nın müxbir üzvü, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının müdiri Əbdüləzəl Dəmirçizadə (1909–1979) 10 aprel 1979-cu il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 12 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)











