Şablon:24 aprel
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tanınmış mikrobioloq alim və pedaqoq, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Fərayət Əhmədova 24 aprel 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
Sankt-Peterburq İmperator I Nikolay Texnologiya İnstitutunun məzunu, mühəndis, Qarabağ əsilzadəsi və Şəki xan nəslinin davamçılarından biri olan Yusif xan Şəkinski (1887–+1920) 24 (12) aprel 1876-ci il tarixdə Şuşada anadan olub.
|
|
|
Tanınmış jurnalist və elmi işçi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi və həmin institutun “Poetika.izm” jurnalının məsul redaktoru Ülkər Hüseynova 24 aprel 1937-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, daha əvvəllər uzun müddət “Elm və həyat” jurnalında müxtəlif vəzifələrdə (şöbə müdiri, redaktor müavini, baş redaktor) çalışmışdır.
|
Azərbaycan sovet teatr və kino aktyoru, Azərbaycan SSR və SSRİ xalq artisti, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru İsmayıl Osmanlı (1902–1978) 24 (11) aprel 1902-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
|
|
Tanınmış bank işçisi, Azərbaycan SSR əməkdar iqtisadçısı İbrahim Həsənov (1927–2002) 24 aprel 2002-ci il tarixdə – 75 yaşında, Şəkidə vəfat edib. O, uzun müddət Şəkidə bank sektorunda müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, 1975-ci ildən SSRİ Dövlət Bankının Şəki şöbəsinin müdiri olmuşdur.
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)




