Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Ceyhun Zəkəryəyev
Ceyhun Zəkəryəyev

İsveçrənin Bern, Fribourg və Neuchatel universitetlərinin birgə proqramı çərçivəsində magistr təhsili alan azərbaycanlı tələbə Ceyhun Zəkəryəyev 28 aprel 2001-ci il tarixdə Sankt-Peterburqda (Rusiya Federasiyası) şəkili-azərbaycanlı ailəsində anadan olub. O, bakalavr pilləsini KAIST Universitetində (Cənubi Koreya) başa vurmuşdur. 2017-ci ildə Çin Xalq Respublikası tərəfindən onlayn təşkil edilən Beynəlxalq Fizika Olimpiadasının qızıl medalçısı, 2016-cı ildə Sürixdə (İsveçrə) keçirilən Beynəlxalq Fizika Olimpiadasının (ing.: IPhO - International Physics Olympiad) iştirakçısı olub.



Hüseyn Rəsulov
Hüseyn Rəsulov

Tanınmış pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi Hüseyn Rəsulov (1923–1991) 28 aprel 1991-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib. O, uzun müddət əvvəl Şəki şəhər 10 №-li orta məktəbinin direktoru vəzifəsində çalışmış, sonra isə uzun müddət Şəki rayon Xalq Maarif şöbəsinin müdiri olmuşdur. Həmçinin, ədəbi yaradıcılıqla da məşğul idi.



Yusif Şükürlü
Yusif Şükürlü

fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dosenti, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü (1948–2026) 28 aprel 2026-cı il tarixdə – 77 yaşında, Türkiyədə vəfat edib.



Əlövsət Cəlilov
Əlövsət Cəlilov

Tanınmış pedaqoq, fizika müəllimi, Azərbaycan SSR əməkdar müəllimi Əlövsət Cəlilov (1949–1994) 28 aprel 1994-cü il tarixdə – 45 yaşında, vəfat edib.




<<əvvəlki gün 28 aprel sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)