Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Mehman Əliyev

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Mehman Əliyev
Əliyev Mehman Əlihüseyn oğlu
Mehman Əliyev
Mehman Əliyev (16.12.2019).
Anadan olub 19 oktyabr 1972 (1972-10-19) (54 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Şəki Texnologiya Texnikumu, parça-trikotaj üzrə texnoloq ixtisası
Facebook səhifəsi

Mehman Əliyev — Azərbaycan Alpaqut-Turan döyüş Federasiyasının Şəki filialının sədri, II ran San Qara kəmər sahibi.

Haqqında məlumatlar

19 oktyabr 1972-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

Şəki Texnologiya Texnikumununda parça-trikotaj üzrə texnoloq ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətində başlayıb. Sonra Şəkidəki “Kanal S” televiziya kanalında mühafizə xidməti rəisinin köməkçisi vəzifəsində işləyib. 2009-cu ildən Sabit Rəhmanın Ev-Muzeyinin gözətçisidir.

İdman fəaliyyəti

1999-cu ildən idmanın əlbəyaxa döyüş sənəti növü ilə məşğuldur.

Maraqlı

25 dekabr 2024-cü il tarixdə Bakı-Qroznı reysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarəsinin stüardessası, Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevaya həsr edilmiş "Hər şey yaxşı olacaq" sənədli filmində pilot Aleksandr Kalyaninov rolunda çəkilib. Film "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin bazasında yaradılmış "Mədəniyyət" kanalında 8 mart 2025-ci ci il tarixdə nümayiş etdirilmişdir.

İctimai fəaliyyəti

2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.

Ailəsi

Ailəlidir, iki övladı var.

Ədəbiyyat

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
  2. "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR (55 namizəd)". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.

Həmçinin, bax:

"Hər şey yaxşı olacaq" sənədli filmi

Bildiriş