Musa İslamov
| Musa İslamov | |
|---|---|
| Musa İsa oğlu İslamov | |
| Musa İslamov. | |
| Təvəllüdü | 1924 |
| Anadan olduğu yer |
Baş Göynük, Nuxa qəzası, |
| Vəfat tarixi | 3 yanvar 2000 (76 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Dəfn yeri |
Qurd qapısı, Bakı, |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | filologiya |
| Elmi dərəcəsi | filologiya elmləri doktoru |
| Elmi adı | professor |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1944–1949) • Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu, aspirantura (1954–) |
| Həyat yoldaşı | Mirvari |
| Övladları | Vüsal və Mədinə |
| Atası | İslamov İsa İslam oğlu |
| Anası | Sərifova Mədinə Zəkəriyyə qızı |
Musa İslamov (1924–1999) — filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1924-cu ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1930 – 1936-cı illərdə Baş Göynük kənd orta məktəbində,
1936 – 1940-cı illərdə Nuxa şəhər 11 nömrəli orta məktəbində,
1944 – 1949-cu illərdə ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
1954-cü ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına qəbul olunub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1940 – 1943-cü illərdə Nuxa şəhər ipək trestində işləyib.
1948 – 1955-ci illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında əvvəlcə ədəbi işçi, cəmi 3 ay sonra isə Pioner və məktəblilər şöbəsinin müdiri vəzifəsində çalışıb.
1954 – 1969-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda müxtəlif vəzifələrdə çalışıb; o cümlədən, əvvəl kiçik elmi işçi,
1963-cü ildən böyük elmi işçi,
1967-ci ildən Azərbaycan dialektologiyası şöbəsinin müdiri olub.
1969-cu ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutu iki müstəqil instituta – Dil İnstitutuna və Ədəbiyyat İnstitutuna ayrıldıqdan sonra əmək fəaliyyətini Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri vəzifəsində davam etdirib.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1961-ci ildə “Nuxa dialekti” mövzusunda namizədlik,
1973-cü ildə isə “Türk dillərində əvəzliklər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
100-dən çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 11 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.
Redaktorluğu və iştirakı ilə “Azərbaycan dilinin dialektoloji atlası” və ikicildlik “Azərbaycan dilinin dialektoloji lüğəti” hazırlanıb çapa verilib. Sovet dövründə hazırlanan “SSRİ-dəki türk dillərinin dialektoloji atlası”nın Azərbaycan üzrə icraçısı və Qafqaz zonası üzrə rəhbəri olub.
Elmi-ictimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdində Elmi-Metodik Şuranın,
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvü olub.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
3 yanvar 2000-ci il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. Bakıda Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. İslamov Musa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 281. — 1.000 nüsx.
- Mete Ə. Görkəmli dilçi alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 199-201. — 500 nüsx.
- Orsər R. Musa İslamov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 272-274. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1924-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 3 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr