Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Əhməd Yaşat

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Əhməd Yaşat
Şirinzadə Əhməd Həsən oğlu
Əhməd Yaşat
Əhməd Yaşat.
Anadan olub 1917(1917-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib 26 yanvar 1985 (68 yaşında)
Atası Həsən
Anası Zəhra

Əhməd Yaşat (1917–1985) — Türkiyədə 1949-cu ildən fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin yaradıcılarından biri və dərnəyin 1952-ci ildə nəşrə başlamış “Azərbaycan” jurnalının ilk redaktoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1917-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

İlk təhsilini Nuxada alıb. Daha sonra Bakıda tibb üzrə təhsil alıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

SSRİ – Finlandiya müharibəsində (1939–1940) və Böyük Vətən müharibəsinin (1941–1945) əvvəllərində döyüşən sovet ordusunda həkim olaraq xidmət edib. Sonuncuda almanlara əsir düşüb. Bir müddət sonra Azərbaycan legionunda həkim olaraq xidmət etmək müqabilində əsirlikdən azad edilib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1945 – 1948-ci illər arasında Hannoverdə (Almaniya),

1948 – 1985-ci illərdə Türkiyə quru yolları 4-cü bölgəsində (Ankara və ətrafı) həkim işləyib.

Siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyi qurulduğu zaman idarə heyətində təmsil olunub, iki dəfə sədr seçilib. İlk sədrliyi 2 dekabr 1962-ci il tarixdən 20 dekabr 1965-ci il tarixədək, ikinci sədrliyi isə 2 sentyabr 1969-cu il tarixdən 26 dekabr 1970-ci iltarixədək davam edib.

1952-ci ildən Ankarada nəşrə başlayan “Azərbaycan” jurnalının (Azərbaycan Kültür Dərnəyinin nəşri) məsul müdiri olub.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

26 yanvar 1985-ci il tarixdə – 68 yaşında, Ankarada vəfat edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailədə 3 uşaq olublar. Ənvər adlı qardaşı, Zərifə və Əzizə adlı bacıları vardı.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. “Rəsulzadə məni diqqətlə süzdü və…” – Bir legionerin həyatı : [arx. 04.05.2026] // Teleqraf.az. — 2018. — 25 mart. — Müraciət tarixi: 04.05.2026.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]