Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Sabit Rəhman

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Sabit Rəhman
Mahmudov Sabit Kərim oğlu
Sabit Rəhman
Sabit Rəhman.
Anadan olub 26 mart 1910(1910-03-26)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib 23 sentyabr 1970 (60 yaşında)
Vəfat etdiyi yer Bakı, Azərbaycan SSR, SSRİ
Atası Kərim (Əbdülkərim)
Anası Münəvvər
Həyat yoldaşı İsmət
Uşaqları Emin, Gültəkin və Afət
Vətəndaşlığı Rusiya İmperiyası→ SSRİ
Təhsili

Bakı Darülmüəllimi, ədəbiyyat fakültəsi (1923 – 1926)

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, ədəbiyyat fakültəsi (1929 – 1932)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
Commonsda da Sabit Rəhman ilə əlaqəli mediafayllar var

Sabit Rəhman (1910–1970) — görkəmli Azərbaycan yazıçısı, dramaturq və ssenaristi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan sovet komediyasının banilərindən biri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Poçt markası (2000).

26 mart 1910-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1921-ci ildə Nuxa nümunə zəhmət məktəbini bitirib.

1923 – 1926-cı illərdə Bakı Darülmüəlliminin ədəbiyyat fakültəsində,

1929 – 1932-ci illərdə isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində,

1936 – 1937-ci illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) ssenari kurslarında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1926 – 1929 Nuxada, vaxtilə özü oxuduğu ibtidai məktəbdə 3 il müəllim işləyib.

1929 – 1933-cü illərdə “Gənc işçi” qəzetinin redaksiyasında çalışıb.

1932 – 1933-cü illərdə “İnqilab və mədəniyyət” jurnalının məsul katibi olub.

1933 – 1934-cü illərdə - Nuxa MTS siyasi şöbəsinin “Mübariz” qəzetinin redaksiyasında işləyib.

1934 – 1936-cı illərdə Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri,

1937 – 1938-ci illərdə Bakı Kinostudiyasında ssenari şöbəsinin müdiri olub.

1938-cı ildə Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib.

1939 – 1940-cı illərdə C.Cabbarlı adına Teatr Muzeyində elmi işçi vəzifəsində çalışıb.

1941 – 1942-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin İncəsənət İşləri İdarəsində teatr şöbəsinin müdiri olub.

1942 – 1944-cü illərdə Azərbaycan Nazirlər Sovetinin İncəsənət İşləri İdarəsində rəis müavini vəzifəsində çalışıb.

1945 – 1946-cı illərdə Bakı Kinostudiyasının direktoru olub.

1945 – 1946-cı illərdə Azərbaycan SSR kinematoqrafiya nazirinin müavini vəzifəsində çalışıb.

1947 – 1951-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi və Teatr İnstitutunda müəllim işləyib.

Ədəbi yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc etdirdiyi “Rabfak kitabxanasında həyat lövhələri” felyetonu ilə ədəbi yaradıcılığa başlayıb.

1927-ci ildə Nuxada çıxan “Qızıl qələm” məcmuəsində ilk şeiri çap olunub.

1932-ci ildə “Pozğun” adlı ilk hekayələr kitabı nəşr edilib.

1938-ci ildə “Toy” adlı ilk komediyasını yazıb.

1939-cu ildə “Toy” komediyası Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulub.

1945-сi ildə çəkilmiş “Arşın mal alan”, 1956-cı ildə çəkilmiş “O olmasın, bu olsun”, 1960-cı ildə çəkilmiş “Koroğlu”, 1963-cü ildə çəkilmiş “Əhməd haradadır?” filmlərinin ssenarilərinin, 1964-cu ildə çəkilmiş “Ulduz” filminin librettosunun müəllifi, 1952-ci ildə səhnəyə qoyulmuş “Yeddi gözəl” baletinin librettosunun həmmüəllifidir.

İctimai fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1935-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub.

1935-ci ildə Azərbaycan Yazıçılar İttifaqında uşaq bölməsinin rəhbəri olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

23 sentyabr 1970-ci il tarixdə – 60 yaşında, Bakıda vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

Filmoqrafiya[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Arşın mal alan (film, 1945) - ssenari müəllifi.
  2. O olmasın, bu olsun (film, 1956) - ssenari müəllifi.
  3. Koroğlu (film, 1960) - ssenari müəllifi.
  4. Əhməd haradadır? (film, 1963) - ssenari müəllifi.
  5. Ulduz (film, 1964) - libretto müəllifi.
  6. Hicran (teatr tamaşası, 1983) - ssenari müəllifi.
  7. Şirin bülbül (film, 2000) - əsərin müəllifi.
  8. Gülüş fenomeni. Sabit Rəhman (film, 2014).

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Sabit Rəhman // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1984. — VIII  cild. — Səhifələrin sayı:  608. — Səh.: 245. — 80.000 nüsx.
  2. SABİT RƏHMAN – 100 (BİBLİOQRAFİYA) / M.F.AXUNDOV ADINA AZƏRBAYCAN MİLLİ KİTABXANASI. — AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ. — Bakı: M.F.Aхundоv adına Azərbaycan Milli Kitabхanasının mətbəəsi, 2010. — 150 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 7 Oct 2010 - 29 Mar 2017.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]