Şablon:11 may
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tanınmış seysmoloq, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyasının müdiri Aydın Abbaslı 11 may 1954-cü il tarixdə Nuxada (indiki Şəki) pedaqoq ailəsində anadan olub.
|
Coğrafiyaşünas-pedaqoq və rəhbər kadr Elman Mustafayev 11 may 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, Şəkidə bir sıra məsul vəzifələrdə çalışmış, o cümlədən, 1991-ci ilin avqust – sentyabr aylarında Azərbaycan KP Şəki şəhər komitəsinin katibi və büro üzvü olmuşdur. 2000 – 2018-ci illərdə isə Şəki şəhər 17 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 2018-ci ildən əmək təqaüdündədir.
|
|
|
Şəki rayon mərkəzi xəstəxanasının göz xəstəlikləri şöbəsinin və Şəkidəki “Bonum Medical” klinikasının oftalmoloqu Gülnarə Məmmədova 11 may 1960-cı ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. Şəkil: Gülnarə Məmmədova.
|
Görkəmli heykəltəraş-monumentalist və rəssam, ikiqat Stalin mükafatı laureatı, Azərbaycan SSR xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Fuad Əbdürrəhmanov (1915–1971) 11 may 1915-ci il tarixdə Nuxada (indiki Şəki), dövlət məmurunun ailəsində anadan olub. Şəkil: Fuad Əbdürəhmanov.
|
|
|
Tanınmış vokal ifaçısı Xavər Yusifova (1960–2020) 11 may 1960-cı ildə Bakıda anadan olub. O, əslən Şəki rayonunun Böyük Dəhnə kəndindən idi. 2005-ci ildən səhnə fəaliyyətini dayandırmış və ibadətlə məşğul olmuşdur.
|
|
Həmçinin, bax:[HTML redaktə]
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)




