Şablon:12 may
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tikinti və kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr Bəşarət Paşayev (1938–2008) 12 may 1938-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Layısqı kəndində anadan olub.
|
Tibb üzrə fəlsəfə doktoru, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsinin kiçik elmi işçisi Faiq Əliyev 12 may 1977-ci il tarixdə Şəki rayonunun Baş Layısqı kəndində anadan olub.
|
|
|
Beynəlxalq səviyyədə tanınmış iş adamı, Türkiyədə tikilməkdə olan “Akkuyu” Atom Elektrik Stansiyasının baş direktoru (bu AES Rusiya Federasiyasının “Rosatom” (rus.: Росатом) Dövlət Korporasiyasının Türkiyə törəməsi olan “Akkuyu Nükleer” ASC tərəfindən Türkiyənin Mersin ilinin Gülnar ilçəsində tikilməkdədir), Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Fuad Axundov 12 may 1966-cı il tarixdə Bakıda anadan olub.
|
Tanınmış pedaqoq-alim, pedaqogika elmləri namizədi, şair və yazıçı Nurpaşa Hümmətov (1923–1989) 12 may 1923-ci il tarixdə Şəki qəzasının Oxud kəndində anadan olub. O, uzun müddət Oxud kənd orta məktəbində müəllim və direktor vəzifəsində çalışmışdır.
|
|
|
Azərbaycan Respublikasının əməkdar artisti, Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası Əbülfət Salahov 12 may 1962-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
Qısa bir müddət ərzində – 1805-ci ilin fevral ayında, Şəki xanı olmuş Fətəli xan (?–1815) 12 may 1815-ci il tarixdə vəfat etmiş və Xan qəbiristanlığında dəfn olunmuşdur. O, Məhəmmədhüseyn xanın ikinci oğlu idi və böyük qardaşı Məhəmmədhəsən xan tərəfindən kor edilmişdir.
|
Həmçinin, bax:[HTML redaktə]
Xülasə sayı: 6 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)





