Şablon:12 iyul

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Ayşən Mustafazadə
Ayşən Mustafazadə

Bakı Amerika Mərkəzinin (BAM) mütəxəssisi Ayşən Mustafazadə 12 iyul 1998-ci il tarixdə Bakıda anadan olub. O, Azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı Varid Fərzəlibəyovun nəvəsidir.



Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev 12 iyul 1963-cü il tarixdə Vartaşen rayonunun Böyük Dəhnə kəndində anadan olub. O, 2010, 2015, 2020 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin (müvafiq olaraq, IV, V, VI və VII çağırış) deputatı seçilib. Daha çox biznesmen və oliqarx kimi tanınır. Həmçinin, elm, ədəbiyyat və mətbuatın himayəçisi və xeyriyyəçi kimi tanıdılır, lakin bu istiqamətlərdə fəaliyyəti əsasən yuxarı orqanların sifarişlərinin həyata keçirilməsi ilə məhdudlaşır və əhəmiyyətli layihələrə vəsait ayırması məlum deyil.



Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov

Azərbaycan dramaturgiyasının və Azərbaycan ədəbiyyatında ədəbi-tənqidin banisi, yazıçı, şair, maarifçi, mütəfəkkir, materialist filosof və ictimai xadim Mirzə Fətəli Axundov (1812–1878) 12 iyul (30 iyun) 1812-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, Rusiya İmperator Coğrafiya cəmiyyətinin üzvü olmuş, öz dövründə zəmanəsinin «müsəlman Molyer»i hesab edilmişdir. Əsərləri 2019-cu ildə Azərbaycanda dövlət varidatı elan olunub.



Əziz Zərgərov
Əziz Zərgərov

Sovet dövründə Azərbaycanda tanınmış ticarət məmuru olmuş Əziz Zərgərov (1931–1993) 12 iyul 1993-cı il tarixdə – 62 yaşında, Bakıda vəfat edib. Şəki şəhərində dəfn olunub.



Taleh Yusubov
Taleh Yusubov

Tanınmış musiqiçi və musiqiçi-pedaqoq, “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və solisti Taleh Yusubov (1951–2026) 12 iyul 2026-cı il tarixdə – 75 yaşında, Şəkidə vəfat edib.



<<əvvəlki gün 12 iyul sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 5  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)