Şablon:1 aprel

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Bilal Məmmədov
Bilal Məmmədov

SSRİ və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Bilal Məmmədov (1946–2013) 1 aprel 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Onun 1992–1993-cü illərdə Sovet Ordusuna məxsus bir sıra əhəmiyyətli hərbi-texniki avadanlığın, maşın və mexanizmlərin, o cümlədən, bir ədəd İl-76 markalı hərbi təyyarənin Azərbaycanın mülkiyyətinə keçməsində, Rusiyadan dəmir yolu ilə Ermənistana göndərilmiş UAZ-3151 və UAZ-3962 markalı 57 ədəd avtomobilin Azərbaycan Ordusunun sərəncamına verilməsində xidmətləri vardır.



Məmməd Çələbiyev
Məmməd Çələbiyev

Yazıçı və dramaturq, 4 bədii kitabın, o cümlədən, Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərəkatında iştirakına dair “Haronnaya gəlin gəlir” kitabının müəllifi Məmməd Çələbiyev (1923–1987) 1 aprel 1923-cü il tarixdə Nuxa qəzasının İnçə kəndində anadan olub.



Rəfiqə Axundova
Rəfiqə Axundova

Tanınmış oftalmoloq həkim və pedaqoq, tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin dosenti Rəfiqə Axundova (1925–2010) 1 aprel 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Çingiz Novruzəliyev
Çingiz Novruzəliyev

Şəki Dövlət Dram Teatrının aktyoru Çingiz Novruzəliyev 1 aprel 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



İffət Əfəndiyeva
İffət Əfəndiyeva

Tanınmış bioloq, biologiya elmləri namizədi və pedaqoq İffət Əfəndiyeva 1 aprel 1949-cu il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.



Firidun Abdullayev
Firidun Abdullayev

Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və Bakı Dövlət Sirkinin direktoru Firidun Abdullayev (1931–1987) 1 aprel 1987-ci il tarixdə – 56 yaşa keçməsinə bir ay qalmış, Leninqradda (indiki Sankt-Peterburq) müalicə aldığı xəstəxanada xərçəng xəstəliyindən vəfat edib.



Ələsgər Abdullayev
Ələsgər Abdullayev

Güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik olmuş məşhur xanəndə Ələsgər Abdullayev (1866–1929) 1 aprel 1929 tarixdə – 63 yaşında, Bakıda vəfat edib. O, Azərbaycan musiqi tarixində “Rahab” muğamının ən gözəl ifaçılarından biri hesab edilmişdir.







<<əvvəlki gün 1 aprel sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)