Şablon:20 mart

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Aygül Xaqan
Aygül Xaqan

Pianoçu-pedaqoq, həvəskar şairə və müğənni, Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Aygül Xaqan 20 mart 1993-cü il tarixdə Şəkidə anadan olub.



Nurəhməd Əfəndiyev
Nurəhməd Əfəndiyev

Tanınmış həkim-cərrah, tibb elmləri namizədi, Bakı şəhər 4 №-li Klinik Xəstəxanasının cərrahiyə şöbəsinin müdiri Nurəhməd Əfəndiyev (1920–1995) 20 mart 1920-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Pərviz Abbasov
Pərviz Abbasov

Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimi, Binəqədi Tibb Mərkəzinin cərrahı Pərviz Abbasov 20 mart 1981-ci il tarixdə Şəkidə anadan olub.



Ətraf Qənimətov
Ətraf Qənimətov

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Ətraf Qənimətov (1997–2020) 20 mart 1997-ci il tarixdə Şəki rayonundakı Dəmir yol köçkünlər qəsəbəsində anadan olub.



İradə Quliyeva
İradə Quliyeva

Tanınmış şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional Şöbəsinin sədri və şöbənin Tədris İstehsalat Mərkəzinin direktoru İradə Quliyeva (1958–2021) 20 mart 2021-ci il tarixdə – 62 yaşında, Bakıda vəfat edib. 21 mart tarixində Şəki şəhərindəki Narlı qəbiristanlığında, oğlunun məzarı yanında dəfn edilib.



Ənvər Həmidov
Ənvər Həmidov

Tanınmış həkim-travmataloq, tibb elmləri namizədi Ənvər Həmidov (1937–2014) 20 mart 2014-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. O, 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987–2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul idi; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.








<<əvvəlki gün 20 mart sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 6  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)