Şablon:25 dekabr

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Dürrə Məmmədova
Dürrə Məmmədova

Böyük Vətən müharibəsi iştirakçısı olmuş azərbaycanlı qadın-tibb işçisi, baş leytenant, Azərbaycan SSR əməkdar səhiyyə işçisi, “Florens Naytingel” medalı ilə təltif olunmuş cəmi 12 azərbaycanlı tibb bacısından biri Dürrə Məmmədova (1923–2005) 25 dekabr 1923-cü ildə Nuxada (indiki Şəki) anadan olub.



Mahir Xəlifəzadə
Mahir Xəlifəzadə

Sabiq diplomat, 1-ci dərəcəli müşavir (Azərbaycan), Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Azərbaycan Qlobal Konteksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzinin rəhbəri Mahir Xəlifəzadə 25 dekabr 1961-ci il tarixdə Tbilisidə anadan olub. O, uzun müddət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində (ABŞ və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) məsul vəzifələr tutmuş, müxtəlif vaxtlarda AMEA-nın müxtəlif institutlarında baş elmi işçi, şöbə müdiri və s. vəzifələrdə çalışmışdır.



Rəhman Yunusov
Rəhman Yunusov

Şəkidə fəaliyyət göstərən tanınmış rəssam, Şəki Sənətkarlar Evinin xovlu tikmə ustası Rəhman Yunusov 25 dekabr 1981-ci il tarixdə Şəkidə anadan olub.



Xəyal Əsgərzadə
Xəyal Əsgərzadə

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Xəyal Əsgərzadə (1995–2020) 25 dekabr 1995-ci il tarixdə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.



Ümid Süleymanov
Ümid Süleymanov

Sovet dövründə Azərbaycanda tanınmış partiya işçisi və rəhbər kadr olmuş Ümid Süleymanov (1903–1982) 25 dekabr 1903-cü il tarixdə Zəngəzur qəzasının Dövrus (Tovruz) kəndində anadan olub. O, 1946-cı ilin fevral ayından 1951-ci ilin aprel ayınadək Azərbaycan K(b)P Nuxa şahər partiya komitəsinin birinci katibi vəzifəsində çalışmış, 1948-ci ildə Nuxa rayonunda tütün tədarükü üzrə yüksək nailiyyətin əldə olunmasına görə 1948-ci ildə ona “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdir.



İradə Quliyeva
İradə Quliyeva

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional Şöbəsinin sədri və şöbənin Tədris İstehsalat Mərkəzinin direktoru İradə Quliyeva (İradə Gülfir; 1958–2021) 25 dekabr 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Bideyiz kəndində anadan olub.



Əzəl Sultanov
Əzəl Sultanov

Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Əzəl Sultanov (1905–1990) 25 dekabr 1905-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Səbuhi Süleymanov
Səbuhi Süleymanov

Azərbaycan Milli ordusunun əsgəri Səbuhi Süleymanov (1972–1992) 25 dekabr 1992-ci il tarixdə Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı — Ağdərə rayonunun Qozlu (Vaquaz) kəndində itkin düşüb. 30 ildən çox zaman keçdikdən sonra onun həmin döyüşdə həlak olduğu müəyyənləşdirilib və qalıqları anadan olduğu Şəki rayonunun Cəfərabad kəndinin kənd qəbiristanlığında dəfn edilib.






<<əvvəlki gün 25 dekabr sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 8  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)