Şablon:25 noyabr

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Qorxmaz Bəkirov
Qorxmaz Bəkirov

Sovet dövrünün son onilliklərində Şəkidə tanınmış nəqliyyat işçisi və rəhbər kadr olmuş Qorxmaz Bəkirov (1940–1998) 25 noyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Tomris İsmayılova
Tomris İsmayılova

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun böyük mütəxəssisi Tomris İsmayılova 25 noyabr 1990-cı il tarixdə Bakıda anadan olub. O, sabiq idmançıdır və Azərbaycan Respublikasının idman ustasıdır; 2010-cu ildə uşu (döyüş sənəti) idmanının tayçı-çuan növü üzrə, 2012-ci ildə isə tayçı-fan növü üzrə dünya çempionu olmuşdur.



İbrahim Məmmədov
İbrahim Məmmədov

Nizami adına Nuxa (Şəki) şəhər 7 №-li qızlar orta məktəbinin direktoru İbrahim Məmmədov (1918–1953) 25 noyabr 1918-ci il tarixdə Nuxada (indiki Şəki) dabbaqçı ailəsində anadan olub. O, Böyük Vətən müharibəsi iştirakçısı və Böyük Vətən müharibəsi əlili idi.



Məmməd Bürcəliyev
Məmməd Bürcəliyev

Tanınmış teatr aktyoru, Azərbaycan SSR xalq artisti Məmməd Bürcəliyev (1914–1994) 25 noyabr 1994-cü il tarixdə – 80 yaşında, Gəncədə vəfat edib. O, “Azərbaycanfilm”in istehsalı olan bir neçə bədii filmdə də rol oynamışdır.



Yaqub Mahir
Yaqub Mahir

Şəkidə sovet dövründə və Azərbaycanın müstəqilliyinin ilk onilliklərində yaşayıb-yaratmış şair Yaqub Mahir (1927–2015) 25 noyabr 2015-ci il tarixdə – 88 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.

Şəkil: Yaqub Mahir (“Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı)” kitabının üz qabığındakı şəkil).



<<əvvəlki gün 25 noyabr sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 5  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)