Şablon:29 yanvar

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Elvin Qarayev
Elvin Qarayev

AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Elvin Qarayev 29 yanvar 1993-cü il tarixdə Şəki rayonunun Şin kəndində anadan olub.



Habil Xəlilov
Habil Xəlilov

Ərəbdilli epiqrafik abidələrin oxunması üzrə tanınmış mütəxəssis, AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı və Şəki şəhərində fəaliyyət göstərən Ömər əfəndi məscidinin imamı Habil Xəlilov 29 yanvar 1977-ci il tarixdə Şəkidə anadan olub.



Vahid Mehdiyev
Vahid Mehdiyev

Sovet dövrünün son onilliklərində Şəkidə tanınmış partiya işçisi olmuş Vahid Mehdiyev (1930–1999) 29 yanvar 1929-cu il tarixdə Şəki qəzasının Qoxmuq kəndində anadan olub.



Abdulməcid Əfəndiyev
Abdulməcid Əfəndiyev

Böyük Vətən müharibəsi iştirakçısı və Stalin repressiyası qurbanı Abdulməcid Əfəndiyev (1911–1948) 29 yanvar 1948-ci il tarixdə cəza çəkdiyi Sverdlovsk vilayətindəki xəstəxanada vəfat edib. Ölümündən sonra – 1963-cü ildə, onun barəsində cinayət işinə xitam verilmişdir.



Akif Sultanov
Akif Sultanov

Uzun müddət Şəki ipək kombinatının rəssamlıq emalatxanasında çalışmış rəssam Akif Sultanov (1938–2008) 29 yanvar 2009-cu il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib. O, Şəki ipək kombinatında rəssam işləməklə yanaşı həm də paralel olaraq uzun müddət Nuxa/Şəki Pedaqoji Məktəbində təsviri incəsənət fənnindən dərs demişdir.



Məmmədəmin Bəkirov
Məmmədəmin Bəkirov

Fizika-riyaziyyat elmləri doktoru, professor Məmmədəmin Bəkirov (1925–2009) 29 yanvar 2009-cu il tarixdə – 83 yaşında, Jeleznovodskda (Stavropol ölkəsi, Rusiya Federasiyası) vəfat edib. Orada da dəfn olunub.



Salis Məmmədov
Salis Məmmədov

“Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədov (1932–2009) 29 yanvar 2009-cu il tarixində – 76 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

Şəkil: Salis Məmmədov, 2007-ci il.



Ənvər Qarayev
Ənvər Qarayev

Tanınmış rəssam və dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü, sədrin müşaviri və dekorativ-tətbiqi sənət bölməsinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ənvər Qarayev (1947–2011) 29 yanvar 2011-ci il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.






<<əvvəlki gün 29 yanvar sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 8  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)