Şablon:8 mart

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Barat Osmanova
Barat Osmanova

Filologiya elmləri namizədi, dosent, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsinin aparıcı elmi işçisi Barat Osmanova (1940–2026) 8 mart 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Həsən Əliyev
Həsən Əliyev

Tanınmış teatr rejissoru və teatr aktyoru, pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, “Azərbaycanfilm” kinostudiyasının dublyaj rejissoru Həsən Əliyev (1910–1970) 8 mart 1910-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Nailə Bədəlova
Nailə Bədəlova

İlk azərbaycanlı qadın kinomexanik Nailə Bədəlova (1913–2000) 8 mart 1913-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləmişdir.



Nüyvər Nəsrullayev
Nüyvər Nəsrullayev

Fizika-riyaziyyat elmləri namizədi, dosent, Gəncə Dövlət Universitetinin Fəxri professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Nüyvər Nəsrullayev 8 mart 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.



Əbdülhəmid Rəcəbzadə
Əbdülhəmid Rəcəbzadə

Tanınmış səhiyyə işçisi, hərbçi-həkim, tibb xidməti polkovniki, Azərbaycan SSR əməkdar həkimi Əbdülhəmid Rəcəbzadə (1915–1995) 8 mart 1915-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1938 – 1939-cu illərdə Nuxa Tibb Texnikumunun direktoru olmuş, sonra hərbi xidmətə keçmiş, Böyük Vətən müharibəsində iştirak etmiş, 1973-cü ilə qədər hərbçi-həkim kimi fəaliyyət göstərmişdir. 1973-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra isə 1990-cı ilədək Bakı Şəhər Səhiyyə Şöbəsində məsul vəzifələr tutmuş, əvvəl müdirin birinci müavini (1973–1979), sonra birinci şöbənin rəisi (1979–1990) vəzifəsində çalışmışdır.



Əbdülqəni Nuxəvi
Əbdülqəni Nuxəvi

Azərbaycanda əlyazma kitab mədəniyyətinin qorunub saxlanması, inkişafı və təbliğində əvəzsiz xidmətləri olmuş alim-pedaqoq, kitabşünas və xəttat Əbdülqəni Nuxəvi (1817–1879) 8 mart 1817-ci il tarixdə Nuxanın (indiki Şəki) Qışlaq kəndində anadan olub. Onun tərəfindən qələmə alınmış iki mindən artıq əlyazma hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılmaqdadır.

Şəkil: Əbdüqlqəni Nuxəvinin “Qazıxana dəftəri” kitabıbın üz qabığı (Bakı, “Nurlan”, 2008).



Əbdülrəhim Məmmədov
Əbdülrəhim Məmmədov

Azərbaycan sovet partiya və dövlət məmuru Əbdülrəhim Məmmədov (1925–1998) 8 mart 1925-ci il tarixdə Şəki qəzasının Orta Zəyzid kəndində anadan olub. O, Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsində baş referent, Azərbaycan Kommunist Partiyası Nuxa Şəhər Komitəsinin birinci katibi və s. vəzifələrdə çalışmışdır.



Əhməd-Cabir Əhmədov
Əhməd-Cabir Əhmədov

Yeyinti məhsulları əmtəəşü­naslığı üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, rofessor, Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Əhməd-Cabir Əhmədov (1942–2021) 8 mart 2021-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib.






<<əvvəlki gün 8 mart sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 8  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)