Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Azər Rəşidov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Azər Rəşidov
Rəşidov Azər Məmməd oğlu
Azər Rəşidov
Azər Rəşidov.
Təvəllüdü 22 oktyabr 1957 (1957-10-22) (69 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Milliyyəti azərbaycanlı
İş yeri Kral Əbdüləziz xəstəxanası (Məkkə, Səudiyyə Ərəbistanı), infeksion xəstəliklərin profilaktikası və nəzarəti şöbəsi (şöbə müdiri)
Elmi dərəcəsi tibb elmləri namizədi
Təhsili

 • Nəriman Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutu, tibbi-profilaktika fakültəsi (1975–1981)

 • İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, epidemiologiya kafedrası, aspirantura (1988–1992)
facebook səhifəsi

Azər Rəşidov — tanınmış epidemioloq-həkim, tibb elmləri namizədi, Kral Əbdüləziz xəstəxanasının (Məkkə, Səudiyyə Ərəbistanı) infeksion xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin sabiq müdiri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

22 oktyabr 1957-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1961-ci ildə ailəvi Bakıya köçüblər.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1975-ci ildə Bakıda orta məktəbi bitirib.

1975 – 1981-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tibbi-profilaktika fakültəsində təhsil alıb.

1988 – 1992-ci illərdə epidemiologiya ixtisası üzrə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin epidemiologiya kafedrasının aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1981-ci ilin sentyabrından 1984-cu ilin noyabrınadək Kizlyar şəhər Mərkəzi Xəstəxanasında (Dağıstan MSSR, RSFSR, SSRİ) epidemiologiya şöbəsinin müdiri,

1984-cü ilin oktyabrından 1988-ci ilin sentyabrınadək Tropik Təbabət və Tibbi Parazitologiya Elmi-Tədqiqat İnstitutunda (Bakı, Azərbaycan SSR, SSRİ) kiçik elmi işçi,

1992-ci ilin yanvarından 1996-ci ilədək Tibbi Profilaktik Təbabət Milli Tədqiqat İnstitutunda (Bakı, Azərbaycan Respublikası) bağırsaq infeksiyaları şöbəsinin müdiri,

1996-cı ilin dekabrından 2000-ci ilədək Azərbaycan Qızıl Aypara Cəmiyyətində (Bakı, Azərbaycan Respublikası) tibb şöbəsinin müdiri vəzifəsində çalışıb.

2000 – 2024-cü illərdə Kral Əbdüləziz xəstəxanasında (Məkkə, Səudiyyə Ərəbistanı) infeksion xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1992-ci ildə Moskvadakı N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib.

30-dan çox elmi məqaləsi, bağırsaq çöpləri infeksiyası və hepatit virusu mövzusunda həkimlər üçün 3 metodik tövsiyəsi çap olunub. Azərbaycanda və bir çox ölkələrdə elmi simpozium və konfranslarda məruzələrlə çıxış edib.

Pedaqoji fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1993 – 1995-ci illərdə Bakıdakı Xəzər Universitetinin mikrobiologiya, epidemiologiya və infeksion xəstəliklər kafedrasında,

1998 – 2000-ci illərdə Müstəqil Azərbaycan Universitetinin mikrobiologiya, epidemiologiya və infeksion xəstəliklər kafedrasında (Bakı) dosent vəzifəsini tutub.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

Qrant əsasında 3 ay ABŞ-da (Klivlend şəhəri), Avstriyada və Macarıstanda çalışıb.

2003-cü ilin yanvarında Səhiyyə Mütəxəssisləri üzrə Səudiyyə Şurası tərəfindən tibb-mütəxəssis-epidemioloqu kimi təsdiqlənib.

Azərbaycanca, rusca ingiliscə və ərəbcə sərbəst danışır.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, iki övladı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Рашидов Азер Мамед оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 464-465. — 1.000 nüsx.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi[HTML redaktə]

 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
İlkin Rəşidov
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər[HTML redaktə]

Bildiriş[HTML redaktə]