Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Mübariz Rəşidov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Mübariz Rəşidov
Rəşidov Mübariz Məmməd oğlu
Mübariz Rəşidov
Mübariz Rəşidov.
Təvəllüdü 12 avqust 1951 (1951-08-12) (75 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ → Azərbaycan
İş yeri Heydər Əliyev adına Hərbi İnstitut, Elektronika və telekommunikasiya kafedrası (professor)
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı professor
Təhsili

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1969–1973)

 • Azərbaycan Elmi-Tədqiqat və Layihə Neft İnstitutu, aspirantura (1977−1979)
facebook səhifəsi

Mübariz Rəşidov — Heydər Əliyev adına Hərbi İnstitutun Elektronika və telekommunikasiya kafedrasının professoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

12 avqust 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1959-cu ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbinin birinci sinfinə gedib.

1961-ci ildə ailəsi Bakıya köçdüyünə görə orta təhsilini Bakı şəhər 39 №-li orta məktəbində davam etdirib.

1969 – 1973-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində,

1977 − 1979-cu illərdə Azərbaycan Elmi–Tədqiqat və Layihə Neft İnstitutunun aspiranturasında təhsil alıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

1974 − 1975-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1973 − 1974-cü illərdə təyinat üzrə Salyan şəhərindəki 27 saylı orta məktəbdə riyaziyyat müəllimi,

1975 − 1976-cı illərdə Sistemli İdarəetmənin Elmi-Tədqiqat və İnformasiya Mərkəzində (Moskva) riyaziyyatçı-proqramçı,

1980 − 1985-ci illərdə Azərbaycan Elmi-Tədqiqat və Layihə Neft İnstitutunun hesablama texnikası şöbəsində kiçik elmi işçi,

1985 − 1988-ci illərdə Dövlət Elmi-Tədqiqat Dənizneftqazlayihə İnstitutunda böyük elmi işçi,

1988 − 2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının “Avtomatika, telemexanika və elektronika” kafedrasında dosent vəzifəsində çalışıb.

2002-ci ilin sentyabrından Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin Hərbi Dəniz Taktikası kafedrasında/Heydər Əliyev adına Hərbi İnstitutun Elektronika və telekommunikasiya kafedrasında işləyir; o cümlədən, əvvəl dosent,

2011-ci ildən isə professor vəzifəsini tutub.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1982-ci ildə İvano-Frankovsk Neft və Qaz institutunun Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.

1989-cu ildə baş elmi işçi (ixtisas üzrə) elmi adını,

1990-cı ildə Avtomatika, telemexanika və elektronika kafedrası üzrə dosent elmi adını,

2019-cu ildə isə hərbi dəniz taktikası kafedrası üzrə professor elmi adını alıb.

Bir namizədlik və 30-dən çox magistr dissertasiyasına rəhbərlik edib, 3 nəfər texnika üzrə fəlsəfə doktorunun elmi məsləhətçisi, on iki dissertasiya işinin rəsmi opponenti və altı elmi-texniki layihənin mövzu rəhbəri olub.

Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış “Maddələrin, materialların və məmulatların nəzarət cihazları və üsulları” elmi seminarının üzvü kimi dissertasiyaların müzakirələrində iştirak edib.

Azərbaycan Milli Müdafiə Universitetinin Müdafiə Şurasının üzvüdür.

Əldə etdiyi bəzi elmi nəticələr və ixtiralar SSRİ-nin, o cümlədən Azərbaycanın neft mədənlərində yüksək iqtisadi səmərə ilə tətbiq olunub.

Texniki sistemlərdə avtomatik idarəetmə, informasiya texnologiyaları, döyüş fəaliyyətinin modelləşdirilməsi və optimal idarə edilməsi ixtisasları üzrə 130-dən çox elmi və metodik əsərin, o cümlədən, 20 ixtiranın, 1 Rusiya Federasiyası patentinin, 2 monoqrafiyanın, 30 dərs vəsaitinin, texniki proseslərin avtomatlaşdırılması üzrə bir çox rəhbər sənədin müəllifidir.

Dünyanın bir sıra qabaqcıl elmi mərkəzlərində keçirilən müxtəlif simpozium və konfranslarda iştirak edib.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Fayl:Mübariz Rəşidovun elmi əsərlərinin siyahısı.pdf

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Rəşidov Mübariz // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 334-335. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi[HTML redaktə]

 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
İlkin Rəşidov
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər[HTML redaktə]

Bildiriş[HTML redaktə]