Baxtiyar Mustafayev
| Baxtiyar Mustafayev | |
|---|---|
| Mustafayev Baxtiyar İsmayıl oğlu | |
| Baxtiyar Mustafayev. | |
| Digər adı | Bəxtiyar Mustafayev |
| Anadan olub | 1901 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, |
| Vəfat edib | 7 may 1964 (63 yaşında) |
| Vəfat etdiyi yer |
Nuxa (indiki Şəki), |
| Vəfat səbəbi | uzun sürən ağır xəstəlik |
| Övladı | Rəna Mustafayeva |
| İxtisası | aqronom |
| Təhsili | Bakı Kənd Təsərrüfatı Texnikumu (–1931) |
| Mükafatları |
|
Baxtiyar Mustafayev (1901–1964) — sovet dövründə müxtəlif vaxtlarda Ağdam rayon sovetinin və Nuxa şəhər sovetinin sədr müavini olmuş şəxs.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1901-ci ildə Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1931-ci ildə Bakıda kənd təsərrüfatı texnikumunu bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1931-ci ildən sonra Nuxa və Ağdam kənd təsərrüfatı texnikumlarında müəllim və direktor,
1942 – 1945-ci illərdə Ağdam rayon icraiyyə komitəsi sədrinin müavini,
1945 – 1947-ci illərdə Nuxa rayon torpaq şöbəsinin müdiri,
1947 – 1952-ci illərdə Nuxa şəhər partiya komitəsinin katibi və rayon icraiyyə komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1960-cı ildə pensiyaya çıxıb.
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
1942-ci ildən kommunist (b) partiyasının üzvü olub.
1948-ci ildə ikinci çağırış Nuxa şəhər sovetinin,
1951-ci ildə üçüncü çağırış Nuxa şəhər sovetinin,
1953-cü ildə dördüncü çağırış Nuxa şəhər sovetinin,
1955-ci ildə beşinci çağırış Nuxa şəhər sovetinin,
1957-ci ildə isə altıncı çağırış Nuxa rayon sovetinin deputatı seçilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ);
- medallar.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
7 may 1964-cü il tarixdə – 63 yaşında, uzun sürən ağır xəstəlikdən sonra Nuxada vəfat edib.
9 may 1964-cü il tarixdə Nuxada çıxan “Lenin bayrağı” qəzetində vəfatı münasibəti ilə yoldaşlarından bir qrupu adından nekroloq, həmçinin Nuxa şəhər partiya komitəsi və Nuxa şəhər Sovetinin icraiyyə komitəsi adından başsağlığı dərc edilib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- BAXTİYAR MUSTAFAYEV = БАХТИЈАР МУСТАФАЕВ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1964. — В. 9 may. — № 55 (352). — Səh. 4.
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Bəxtiyar İsmayıl oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 304. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki (Nuxa) rayon və şəhər Sovetlərinin sədr, sədr müavini və katiblərinin siyahısı
- İkinci çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1948)
- Üçüncü çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1951)
- Dördüncü çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1953)
- Beşinci çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1955)
- Altıncı çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1957)
- Rəna Mustafayeva
- Varid Fərzəlibəyov
- Ayşən Mustafazadə
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- 1901-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 7 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 1964-cü ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə