Mehdi İsmayılov
Mehdi İsmayılov (1887–1951) — tanınmış pedaqoq və maliyyə işləri üzrə mütəxəssis. Azərbaycan Ticarət-Kooperativ İnstitutunun və Karl Marks adına Azərbaycan Dövlət Sosial-İqtisad İnstitutunun (indiki: Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)) ilk direktoru olmuşdur.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1987-ci ildə Nuxada (indiki Şəki) anadan olub[1][2].
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Təxminən 1895-ci ildən (8 yaşından) 1901-ci ilədək Nuxa şəhər məktəbində,
1901 – 1910-cu illərdə Bakı Kommersiya Məktəbində,
1910 – 1917-ci illərdə isə Moskva Kommersiya İnstitutunda təhsil alıb.
Fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1918-ci ilin əvvəllərində Moskvada bolşeviklərə qoşulub və orada müxtəlif müəssisələrdə partiya işi aparıb.
1918-ci ilin yazında Nəriman Nərimanovun dəvəti ilə Bakıya qayıdıb və daha sonra Bakı Sovetinin hakimiyyəti altında olan Quba qəzasının Qusar qəsəbəsindəki axşam məktəbində müəllim işləyib.
1 oktyabr 1919-cu il tarixdə Bakı Kommersiya Məktəbinə müfəttiş təyin edilib.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı Qəzası Torpaq Komitəsinin sədri,
1920-ci ilin sonundan 1921-ci ilin sonunadək Azərbaycan SSR Baş Siyasi-Maarif İdarəsinin sədri,
1923 – 1925-ci illərdə AK(b)P MK-də təşviqat-təbliğat şöbəsinin müdiri, eyni zamanda AK(b)P MK yanında Partiya Məktəbinin direktoru,
1925 – 1928-ci illərdə Rusiya K(b)P Zaqafqaziya Ölkə Komitəsində təlimatçı,
1928 – 1930-cu illərdə Zaqafqaziya Kommunist Universitetində mühazirəçi,
1930-cu ildə, yeni yaradılmış Azərbaycan Ticarət-Kooperativ İnstitutunun direktoru,
1933-cü ildən 1934-cu ilin aprel ayınadək isə Azərbaycan Ticarət-Kooperativ İnstitutunun və bu institutun keçmiş fakültələrinin bazasında yeni yaradılmış Karl Marks adına Azərbaycan Dövlət Sosial-İqtisad İnstitutunun direktoru olub.
1934 – 1951-ci illərdə, əvvəl bir müddət AK(b)P MK-da çalışıb, sonralar isə M.F.Axundov adına Respublika Kitabxanasında şöbə müdiri olub[3].
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
1951-ci ildə – 64 yaşında, Bakıda vəfat edib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Atası Əsəd bəy titulyar müşavir(ru) mülki məmur rütbəsinə malik idi və bir müddət İrəvanda dövlət qulluğunda çalışmışdır[4].
Anası Şərəbanı xanım Məhəmməd qızı.
Mehdi İsmayılovun böyük qardaşı Kərim bəy İsmayılov (?–?) 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, əvvəl Böyük Vedi məktəbində müəllim və direktor, 1892-ci ilin sentyabr ayından 1894-cü ilin avqust ayınadək isə Nehrəm kənd məktəbində müəllim işləmişdir. Nehrəmdə işlədiyi müddətdə qələmə aldığı “Nehrəm kəndi” adlı məqaləsi “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə (SMOMPK, Tiflis, 1900, s. 192-201) dərc olunub[5]. Bununla yanaşı, iki kitabın da müəllifidir (“Hesab məcmüəsi” (Bakı, 1908) və “Nağıllar məcmüəsi” (Bakı, 1911))[6].
Mehdi İsmayılovun ortancıl qardaşı Rəşid İsmayılov (1877–1942) – müxtəlif illərdə jurnalist, pedaqoq, tərcüməçi və tarixçi kimi fəaliyyət göstərməklə yanaşı, həm də öz dövrünün tanınmış dövlət qulluqçusu və maliyyə mütəxəssisi olmuşdur. O, Azərbaycanda demokratik respublikanın vaxtında və sovet quruluşunun ilk 17 ili ərzində bir sıra məsul vəzifələrdə çalışmış, lakin Stalin repressiyası dövründə 15 illik həbs cəzasına məhkum olunaraq Solovetski İslah-Əmək Düşərgəsində vəfat etmişdir[7].
Mehdi İsmayılovun həyat yoldaşının adı Məhbubə idi. İki oğlu olmuşdu: Mustafa və Əkrəm. Mustafa uşaq yaşlarında vəfat etmişdir. Əkrəm isə Azərbaycan SSR EA-nın Kosmos İnstitutunun aparıcı şəxslərindən biri olub[8].
Mehdi İsmayılovun bacısı oğlu Nazim Hacıyev (1924–1962) görkəmli dövlət xadimi idi. O, 1940-cı illərin ikinci yarısından 1960-cı illərin əvvəllərinədək Azərbaycan SSR-də yüksək komsomol və partiya vəzifələri tutmuş, həmçinin, ÜLKGİ MK-nın büro üzvü, Sov.İKP MK-da məsul təşkilatçı və sektor müdiri olmuş, həyatının son illərində isə Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi vəzifəsində çalışmışdır.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ Mərdanov M., Tahirzadə Ə., 2019, ss. 424-427.
- ↑ Ədalət Tahirzadənin Şəki saytı.
- ↑ Qarayeva S.
- ↑ İsmayılov R, 1993, s. 4.
- ↑ Cəlil Məmmədquluzadə ensiklopediyası.
- ↑ Salmanlı R.
- ↑ Керимова Т., 2005, сс. 400-403.
- ↑ Гаджиев А., 2009, сс. 16-17.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Mərdanov M., Tahirzadə Ə. İsmayılov Mehdi bəy Əsəd bəy oğlu [1887, Şəki-1951, Bakı] : [arx. 26.09.2026] // Ədalət Tahirzadənin Şəki saytı. — Müraciət tarixi: 26.09.2026.
- Mərdanov M., Tahirzadə Ə. İsmayılov Mehdi bəy Əsəd bəy oğlu [1887, Şəki-1951, Bakı] // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 424 – 427. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 sentyabr 2026.
- Qarayeva S. Təhsil tariximizdə silinməz imza: Mehdi bəy İsmayılov : [arx. 24 Aug 2024 - 26 Sep 2026] // 525-ci qəzet. — 2024. — 28 iyun. — Müraciət tarixi: 26.09.2026.
- Salmanlı R. Mətbuat fədaisi – Rəşid bəy İsmayılov : [arx. 21 Jul 2020 - 10 Dec 2024] // Azərbaycan. — Müraciət tarixi: 27.09.2026.
- İsmayılov Kərim bəy : [arx. 30 Jun 2018 - 23 Sep 2025] // Cəlil Məmmədquluzadə ensiklopediyası. — Müraciət tarixi: 27.09.2026.
- İsmayılov R. Ön söz // Azərbaycan tarixi. — Bakı: Azərnəşr, 1993. — Səhifələrin sayı: 163. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 sentyabr 2026.
- Керимова Т.С. Измайлов (Исмайлов) Рашидбек Асадбек оглы (1877–1942) // Из истории Национальной Академии наук Азербайджана. — Баку: Тахсил, 2005. — С. 400—403. — 568 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 sentyabr 2026.
- Гаджиев А. (Его спруга – Махпубе ханум...) // Все понять, но не все простить : воспоминания и размышления о Назиме Гаджиеве : А. Гаджиев.. — Баку: Ганун, 2009. — 357 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 sentyabr 2026.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
Bu məqalə saytın akademik məqaləsidir. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- 1887-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1951-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr
- AZE.WIKI:Akademik məqalələr