Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Sehran Məmmədov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Sehran Məmmədov
Məmmədov Sehran Məmməd oğlu
Sehran Məmmədov
Sehran Məmmədov.
Anadan olub 15 oktyabr 1949 (1949-10-15) (77 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Məmmədova (İsrafilova) Hicran Qərib qızı
Övladları Məmmədov Vüqar, Süleymanlı (Məmmədova) Nigar və İsmayılova (Məmmədova) Nübar
Atası Məmmədov Məmməd Yaqub oğlu
Anası Sadıqova Səkinə Məmməd qızı
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili

 • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (1970–1975)

 • Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, memarlıq fakültəsi (1975–1977)
İş yeri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu (memar)
Adının digər versiyası Seyran Məmmədov

Sehran Məmmədov — tarixi-memarlıq abidələrinin bərpası üzrə tanınmış mütəxəssis, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun memarı.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

15 oktyabr 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1957 – 1967-ci illərdə Nuxa şəhər 11 nömrəli orta məktəbində,

1970 – 1975-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutun inşaat fakültəsində,

1975 – 1977-ci illərdə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutun bazasında yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1975 – 1977-ci illərdə “Bakqiproqor” Layihə İnstitutunda (Bakı) memar,

1977 – 1979-cu illərdə Şəki Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi,

1979 – 1992-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Elmi bərpa istehsalat emalatxanasının Şəki qrupunun rəhbəri,

1992 – 1994-cü illərdə “Azərbərpa” Layihə İnstitutunun Şəki qrupu rəhbəri,

1994 – 2000-ci illərdə Şəki Elmi Bərpa İstehsalat İdarəsində baş mühəndis,

2000 – 2007-ci illərdə Mədəni İrsin Qorunma Layihəsində (Şəki Xan Sarayının bərpası) Şəki şəhəri üzrə koordinator,

2005 – 2009-cu illərdə Şəki şəhəri İcra Hakmiyyətinin layihə qrupunun rəhbəri,

2010 – 2012-ci illərdə Denkmalpflege LLC-də Aşağı Karvansaranın (Şəki) bərpası üzrə layihə rəhbəri,

2013-cü ildə KE-İnşaat MMC-də Şəkixanovların evinin bərpası üzrə layihə rəhbəri,

2015 – 2016-cı illərdə Lider Monolit MMC-də Aşağı Karvansaranın uyğunlaşma layihəsi üzrə məsləhətçi-memar,

2016 – 2017-ci illərdə KE-İnşaat MMC-də Şəki Qala divarlarının bərpası üzrə aparıcı mühəndis,

2018-ci ilin fevral–mart ayları arasında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyində məsləhətçi (1 aylıq müqavilə əsasında),

2018-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayınadək KE-İnşaat MMC-də Sınıq körpü (Qırmızı Körpü) bərpası üzrə məsləhətçi olub.

2020-ci ilin may ayından Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda memar vəzifəsində çalışır.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə (05.10.2011);
  • Şəki Şəhər İcra Hakimiyyətinin “İlin qalibi” mükafatı (30.12.2011);
  • Azərbaycan Respublikası Memarlar İttifaqının Fəxri fərmanı – çoxillik yaradıcılıq fəaliyyətinə, Azərbaycan Memarlar İttifaqının işində aktiv iştirakına görə və 70 illik yubileyi münasibəti ilə (15.10.2019);
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Təşəkkürnaməsi – 2019-cu ildə “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya irs siyahısına daxil edilməsi ilə bağlı fəaliyyətinə görə (07.07.2021);
  • Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı – Şəki şəhərinin memarlıq üslubunun qorunub saxlanılması, tarix-memarlıq abidələrinin bərpası istiqamətində göstərdiyi xidmətlərinə görə (29.11.2024).

Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Rəsulova Z., Məmmədov S. Xalq memarlığının Şəki üslubu. — Bakı: Everest, 2026. — 200 nüsx. — ISBN 978-9952-8577-3-3.

Bildiriş[HTML redaktə]