Şablon:24 iyul
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Azərbaycan Respublikasının əməkdar jurnalisti, “Şəki” qəzetinin baş redaktoru Akif Salam 24 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub.
|
“Azərbaycan Respublikasının əməkdar jurnalisti” Rəhman Orxan (1950–2024) 24 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qayabaşı kəndində anadan olub. O, “Vışka” qəzetinin xüsusi müxbiri, indiki “Azərikimya” İstehsalat Birliyinin əvvəl ictimai-siyasi rusca “Bakines” qəzetinin həmtəsisçi baş redaktoru, sonra isə Mətbuat xidmətinin rəhbəri və s. vəzifələrdə çalışımışdır.
|
|
|
Ehtiyatda olan polis polkovnik-leytenantı, Birinci Qarabağ müharibəsi veteranı, “Xan-Sarayı” MMC-nin hüquqşünası, Şəki şəhər Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov 24 iyul 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
Tanınmış kinorejissor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Yalçın Əfəndiyev (1937–2019) 24 iyul 1937-ci il tarixdə Bakıda anadan olub.
|
|
|
Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zaur Əliyev (1989–2020) 24 iyul 1989-cu il tarixdə Şəkidə doğulub.
|
Sovet dövrünün ilk onilliklərində, müxtəlif vaxtlarda Azərbaycanın bir neçə bölgəsində rəhbər və məsul vəzifələr tutmuş Ələşrəf Kərimov (1888–1963) 24 iyul 1888-ci il tarixdə Nuxa (indiki Şəki) şəhərinin Çayqırağı hissəsindəki Gümburlar məhəlləsində anadan olub. O, Şəki və Zaqatala qəza, Lənkəran mahal və Nuxa okruq icraiyyə komitələrinin və Nuxa Şəhər Sovetinin sədri, həmçinin, Azərbaycan İpəkçilik Trestinin, Nuxa Maşın-Traktor Stansiyasının və Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmışdır.
|
|
|
Tanınmış həkim-epidemioloq Nurməmməd Əfəndiyev (1926–2010) 24 iyul 2010-cu il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib. O, uzun müddət Şəki Şəhər Sanitar-Epidemioloji Stansiyasının baş həkimi vəzifəsində çalışmışdır.
|
|
|
|
|
|
|
|
|
|
Həmçinin, bax:[HTML redaktə]
Xülasə sayı: 7 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)






