Şablon:5 noyabr

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Coşqun Qarabulud
Coşqun Qarabulud

Tanınmış türk şairi və sabiq türk bank işçisi Coşqun Qarabulud 5 noyabr 1956-cı il tarixdə Türkiyənin Qars ilinin Sarıqamış ilçəsində doğulub. Onun ana babası vaxtilə Şəkidən Türkiyəyə köçənlərdən biri olub və bu səbəbdən də 2017-ci ilin oktyabr ayının 8-də Cavanşir Feyziyevin dəvəti ilə Azərbaycana gəlib, o cümlədən, oktyabr ayının 10-da Şəkidə olub və Şəki şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən qəbul edilib. Oktyabrın 11-də isə Şəki Dövlət Regional Kollecində Coşqun Qarabuludun şərəfinə musiqili proqram nümayiş etdirilmişdir.



Ləman Cəlilova
Ləman Cəlilova

Massaçusets Texnologiya İnstitutunun (Kembric şəhəri, Massaçusets ştatı, ABŞ) tələbəsi Ləman Cəlilova 5 noyabr 2001-ci il tarixdə Bakıda anadan olub.



Minayə Həmidova
Minayə Həmidova

Sovet dövründə Şəkidə tanınmış yerli sovet işçisi olmuş Minayə Həmidova (1918–1997) 5 noyabr Nuxada (indiki Şəki) anadan olub. O, 14 çağırış (1940–1973) müddətində dalbadal Nuxa/Şəki şəhər, yaxud rayon sovetinin deputatı və həm də icraiyyə komitəsinin katibi seçilmişdir.



Nadir Ələkbərov
Nadir Ələkbərov

Kimya elmləri namizədi, dosent, AMEA Polimer Materialları İnstitutunun polimer qarışıqları laboratoriyasının müdiri Nadir Ələkbərov (1940–2018) 5 noyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Vüsal Baxışov
Vüsal Baxışov

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının humanitar fənlər kafedrasının müdiri Vüsal Baxışov 5 noyabr 1979-cu il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.



Yusif Abdurrahmanov
Yusif Abdurrahmanov

Sovet dövründə Şəkidə bir sıra istehsal müəssisələrinə rəhbərlik etmiş Yusif Abdurrahmanov (1937–2005) 5 noyabr 1937-ci il tarixdə Nuxada (indiki Şəki), qulluqçu ailəsində anadan olub.



İqrar Salamov
İqrar Salamov

Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru İqrar Salamov 5 noyabr 1970-ci il tarixdə Şəki rayonunun Babaratma kəndində anadan olub.



Hüseyn İsmayılov
Hüseyn İsmayılov

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Hüseyn İsmayılov (1996–2020) Vətən müharibəsində – 5 noyabr 2020-ci il tarixdə, Şuşanın işğaldan azad edilməsi zamanı 24 yaşında şəhid olub.



Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov

Şəki xanları nəslinin davamçılarından biri Mustafa ağa Şəkixanov (1831–1895) 5 noyabr 1895-ci il tarixdə özünə məxsus Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilib və Xan qəbiristanlığında dəfn olunub. O, “Şəki tarixi” adlı bir tarix əsərini və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır. “Şuxi” təxəllüsü ilə şeirlər də yazıb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında 2011-ci ildə “Divan”ı çap olunmuşdur.




<<əvvəlki gün 5 noyabr sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 9  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)