Ana səhifə

AZE.WIKI materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 01:22, 27 may 2026 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Təqvimin bu günü — noyabrın 16-sı

İlham Abbasov
İlham Abbasov

Hüquq elmləri üzrə fəlsəfə doktoru və baş ədliyyə müşaviri İlham Abbasov (1948–2015) 16 noyabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutmuşdu və 2017-ci ildən təqaüddə idi.

Ən çox oxunan məqalələrdən... (10 xülasə, ixtiyari dəyişir)

Səlim xan

Şəki xanları, yaxud xanzadələri (şərti), – Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.
Şəki xanları, yaxud xanzadələri (şərti), – Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.

Səlim xan (?–1826) — 1795 – 1797 və 1805 – 1806-cı illərdə hakimiyyətdə olmuş Şəki xanı; 1805-ci ildə hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, 1806-cı ildə bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu xanlığın ərazisindən qovmuş, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq 500 nəfərlik dəstəsi ilə İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra 1818-ci ilin dekabrında Osmanlı dövlətinin Bağdadakı...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.
Nuxa şəhərindən bir mənzərə, 1907-ci il.

Yeni xəbərlər əsasında

Bilirsinizmi?

  • 16 oktyabr 2026-cı il tarixdə — tanınmış mədəniyyət işçisi Natiq Rəsulov 68 yaşında Bakıda vəfat edib. O, 1996 – 2001-ci illərdə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

  • 5 oktyabr 2026-cı il tarixdə — V Şəki Beynəlxalq Teatr Festivalının sonuncu günü, “Şəki Ensiklopediyası” MMC-nin və eyniadlı media subyektinin təsisçisi və baş redaktoru Aydın Məmmədov festivalın təşkilatçılarının təşəkkürnaməsi ilə təltif olunub.

  • 3 oktyabr 2026-cı il tarixdə — riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

  • 22 sentyabr 2026-cı il tarixdən — Qazaxıstanın Kostanay vilayətində yaşayan azərbaycanlıların “Birlik” ictimai cəmiyyətinin sədri Rafail Hacıbalayev Qazaxıstan Xalq Şurasının üzvüdür.

  • 4 sentyabr 2026-cı il tarixdə — Oğuzdakı “Korifey” restoranında Nazim Hüseynlinin yeni çapdan çıxmış “Oğuz rayonu və tanınmış insanları” adlı kitabının təqdimat mərasımi baş tutub.

  • 1 sentyabr 2026-cı il tarixdə — Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik və Orta Biznes Ekosisteminin İnkişafı üzrə rəhbəri vəzifəsinə təyin olunub (baş ofis, London). Buna qədər o, Bişkekdə həmin bankın Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru idi.

  • 1 sentyabr 2026-cı il tarixdə — Süleyman Süleymanlı şahmat üzrə Beynəlxalq Usta (IM) titulu alıb. O, məktəblilərin 2015-ci il Avropa çempionatının qızıl, 2019 və 2023-cü illər Dünya çempionatlarının isə gümüş mükafatçısıdır.

  • 12 iyul 2026-cı il tarixdə — tanınmış musiqiçi və musiqiçi-pedaqoq, “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və solisti Taleh Yusubov 75 yaşında, Şəkidə vəfat edib.

  • 23 iyun 2026-cı il tarixdə — Şəki Şəhər İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri – Şəkinin baş memarı Cahangir Nəbiyev “Tərəqqi” medalı ilə təltif olunub.

  • 7 iyun 2026-cı il tarixdə — Rahim Həsənov və Aydın Məmmədovun birlikdə yazdıqları Hacı Çələbi xan adlı monoqrafiya “Savad” nəşriyyatında çap olunub. Monoqrafiyanın nəşrinə AMEA Şəki Regional Elmi Mərkəzinin 21 aprel 2024-cü il tarixli 3 №-li protokoluna əsasən icazə verilmişdi.

Şablon:Şəki Ensiklopediyası

Noyabrın 17-də anadan olanlar (6) Noyabrın 17-də vəfat edənlər (2) Noyabrda anadan olanlar (77) Noyabrda vəfat edənlər (53) Şəxslər ad sırası ilə (1.095) Şəxslər familiya sırası ilə (1.074) Mənbələr (24) Tarixi materiallar (31) Müəlliflər (25) Şəki xanları və s. (26) Görkəmli şəxslər (150) Dövlət xadimləri (47) Alimlər (304) Hərbçilər (142) Yazıçılar (91) Rəssamlar (52) Həkimlər (70) Musiqiçilər (103) Aktyorlar (42) Pedaqoqlar (365) Jurnalistlər (77) Yaşayış məntəqələri (71) Bələdiyyələr (17) İnzibati ərazi dairələri (34) Vətən müharibəsi şəhidləri (56)

Facebook qrupumuz Facebook səhifəmiz

Məqalə yarat Maliyyə dəstəyi