Pənah Məmmədov
| Pənah Məmmədov | |
|---|---|
| Məmmədov Pənah İslam oğlu | |
![]() | |
| Pənah Məmmədov. | |
| Təvəllüdü | 26 avqust 2000 |
| Doğulduğu yer |
Orta Zəyzid, Şəki rayonu, |
| Vəfat tarixi | 8 noyabr 2020 (20 yaşında) |
| Vəfat yeri |
Şuşa, |
| Dəfn yeri |
Orta Zəyzid kənd qəbiristanlığı, Şəki rayonu, |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Atası | İslam Məmmədov |
| Anası | Könül Məmmədova |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Rütbə |
|
| Təltifləri |
|
Pənah Məmmədov (2000–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
26 avqust 2000-ci il tarixdə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2006 – 2017-ci illərdə Orta Zəyzid kənd 2 saylı tam orta məktəbində təhsil alıb.
2017-ci ildə turist mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisası üzrə Şəki Dövlət Regional Kollecininə qəbul olunub.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
2018-ci ildə Azərbaycan Respublikasının silahlı qüvvələrində əsgəri xidmətə gedib və 2020-ci ilin aprel ayında tərxis edilib.
29 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi başlaması ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən cəbhəyə göndərilib; Füzuli rayonunun və Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərdə vuruşub.
Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]
8 noyabr 2020-ci il tarixdə – 20 yaşında, Şuşa uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
17 noyabr 2020-ci il tarixdə Şəki rayonunun Orta Zəyzid kəndinin kənd qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (18.12.2020)[2];
- “Şuşanın azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[3].
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailədə bir bacı, bir qardaş olublar. Subay idi.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : PƏNAH İslam oğlu Məmmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 18 Dec 2020 - 18 Apr 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
- P
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- 2000-ci ildə doğulanlar
- 26 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 8 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
