Toğrul Nağıyev
| Toğrul Nağıyev | |
|---|---|
| Nağıyev Toğrul Həsənbala oğlu | |
| Toğrul Nağıyev. | |
| Təvəllüdü | 8 iyun 2000 |
| Doğulduğu yer |
Şəki, |
| Vəfat tarixi | 14 oktyabr 2020 (20 yaşında) |
| Vəfat yeri |
Tərtər rayonu, |
| Dəfn yeri |
Sona qəbiristanlığı, Şəki, |
| Vəfat səbəbi | döyüşdə şəhid olub |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Atası | Həsənbala |
| Anası | Əntiqə |
| Təhsili | Şəki Musiqi Kolleci/Şəki Dövlət Regional Kolleci, qarmon müəllimi ixtisası (2014–2018) |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Xidmət illəri | 2018 – 2020 |
| Rütbə |
|
| Vəzifəsi | atıcı əsgər |
| Təltifləri |
|
Toğrul Nağıyev (2000–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
8 iyun 2000-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2005 – 2014-cü illərdə Şəki şəhər 2 saylı tam orta məktəbində doqquzillik təhsil alıb.
2009 – 2014-cü illərdə Şəki şəhər 2 saylı Uşaq Musiqi məktəbinin xalq çalğı alətləri şöbəsində qarmon üzrə musiqi təhsili alıb.
2014 – 2018-ci illərdə Şəki Musiqi Kollecində/Şəki Dövlət Regional Kollecində qarmon müəllimi ixtisası üzrə orta ixtisas təhsili alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
2018-ci il iyul ayının 11-dən 2020-ci ilin yanvar ayınadək Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
2020-ci ilin iyul ayında könüllü olaraq yenidən orduya yazılıb.
27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından sonra “N” saylı hərbi hissənin tərkibində Tərtər rayonunda gedən döyüşlərdə iştirak edib.
Şəhid olması[Vizual/Mobil redaktə | HTML redaktə]
14 oktyabr 2020-ci il tarixdə – 20 yaşında, Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəkidə Sona qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (24.06.2021)[2];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (24.06.2021)[3].
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Atası vəfat etmişdi, ailənin tək övladı idi və subay idi.
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : TOĞRUL Həsənbala oğlu Nağıyev : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin Vətən müharibəsi şəhidləri
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış musiqiçilər
- 2000-ci ildə doğulanlar
- 8 iyunda doğulanlar
- İyunda doğulanlar
- 14 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Cəsur döyüşçü" medalı ilə təltif edilənlər
- "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə